Icma.az
close
up
RU
Fransa ordunu gücləndirir

Fransa ordunu gücləndirir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 6 fevral, AZƏRTAC

Fransa 2026-cı ildə hərbi sifarişlərin həcmini 42 milyard avroya çatdırmağı planlaşdırır. Eyni zamanda, geosiyasi və sənaye gərginliklərinə cavab vermək üçün qərar qəbuletmə prosedurlarını sürətləndirməyi qarşısına məqsəd qoyur.

AZƏRTAC xəbər verir ki, Silahlanma üzrə Baş Direksiya cari il üçün “yol xəritəsi”ni açıqlayaraq, yeni mərhələyə keçmək niyyətini bəyan edib.

Bildirildiyinə görə, 2026-cı ildə diqqət daha çox spektakulyar proqramlardan deyil, vacib hesab olunan çoxsaylı müqavilələrdən ibarət olacaq. Planlaşdırılan sifarişlər arasında “Meteor” və AASM raketləri, 155 millimetrlik mərmilər, həmçinin “Griffon”, “Serval” və “Jaguar” zirehli maşınları yer alır. Ən böyük layihələrdən biri beşinci müdafiə və müdaxilə freqatının sifarişi, eləcə də “Rafale” qırıcılarının radar və mühərriklərinin yenilənməsidir.

Eyni zamanda, Silahlanma üzrə Baş Direksiya iş prinsiplərini köklü şəkildə dəyişdirməyi hədəfləyir. Ölkənin silahlı qüvvələr naziri Ketrin Votren daha çevik və döyüşə hazır Silahlanma üzrə Baş Direksiya çağırışı edərək, qurumun inzibati ağırlıqlardan azad olmasını istəyib. Silahlanma üzrə Baş Direksiyanın yeni rəhbəri Patrik Payu isə bəzi mövzularda prosesləri qısaltmaq niyyətini açıq şəkildə ifadə edib və sənaye ilə ordu arasında əlaqələrin gücləndirilməsini vacib sayıb.

Bu yanaşmanın bir hissəsi kimi artıq konkret sınaqlara başlanılıb. Limanların mühafizəsi üçün dəniz dronlarından istifadə testdən keçirilir. Bundan əlavə, Silahlanma üzrə Baş Direksiyanın texniki mərkəzlərinə daha geniş muxtariyyət verilməsi nəzərdə tutulur ki, onlar yerli səviyyədə daha möhkəm mövqeyə sahib olsun və ordu öz missiyasını daha effektiv şəkildə yerinə yetirə bilsin.

Qeyd edək ki, 2025-ci ildə Silahlanma üzrə Baş Direksiya 38 milyard avro dəyərində sifariş yerləşdirib, ixrac isə 20 milyard avroya çatıb. Bu da həmin dövr üçün misilsiz dinamika hesab olunub. Ötən il Fransa hərbi sənayesi üçün bir sıra iri müqavilələrlə də əlamətdar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see409

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see323

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see317

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see276

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see257

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see253

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see228

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see194

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see190

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see182

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see177

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see176

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see174

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see165

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see160

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see156

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see146

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri