Fransa Livana hərbi dəstəyi gücləndirir Makron
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Fransa Livan Silahlı Qüvvələrinə dəstəyi gücləndirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
"Fransa Livan Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək və onlara zirehli transportyorlar verəcək, həmçinin operativ və logistik dəstək göstərəcək", - Makron yazıb.
Fransa liderinin sözlərinə görə, o, "Hizbullah" hərəkatı və İsrailin hazırda sərhədin hər iki tərəfində apardığı hərbi əməliyyatların dayandırılması üzrə plan hazırlamaq üçün Livan rəhbərliyi ilə danışıqlar aparıb.
"Hizbullah" İsrailə hücumları dərhal dayandırmalıdır. İsrail Livan ərazisində hər hansı quru müdaxiləsindən və ya genişmiqyaslı əməliyyatdan imtina etməlidir", - Makron vurğulayıb.
O əlavə edib ki, Livan hakimiyyəti ölkənin bütün ərazisində təhlükəsizliyi tam təmin etməyə söz verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Mart 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















