Icma.az
close
up
RU
Fransa parlamenti ilə münasibətlərin bərpası gündəmdə deyil RƏSMİ

Fransa parlamenti ilə münasibətlərin bərpası gündəmdə deyil RƏSMİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev ötən gün Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.

"Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir",-deyə prezident deyib.

Bu isə qanunvericilik orqanı səviyyəsində fəaliyyətin bərpası məsələsini yenidən gündəmə gətirir.

Milli Məclisin fəaliyyətini dondurmuş Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Fransa səhvini anlayaraq, Azərbaycana qarşı münasibətlərin normallaşması üçün müəyyən addımlar atıb:

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Fransa ilə bütün sahələrdə ikitərəfli əməkdaşlıqda hər zaman maraqlı olub. Həm iqtisadi, həm siyasi, həm də humanitar və mədəni sahələrdə böyük işlər görülüb. Lakin 30 il ərzində Minsk qrupunun üzvü kimi Fransa öz vəzifə borcunu lazımi səviyyədə icra etməyib və Azərbaycan beynəlxalq hüquq çərçivəsində torpaqlarını işğaldan azad edib, regionda sülh siyasətini təqdim edərkən, təəssüf ki, Fransanın həm qanunverici orqanı olan Milli Assambleyası, həm də Senatı tərəfindən əsassız, qərəzli, sülhə xidmət etməyən bəyanatlar səsləndirilib, qətnamələr qəbul edilib. Fransa hökuməti atdığı addımların qərəzli və yanlış olduğunu anlayaraq müəyyən addımlar atıb. Nəticədə, Azərbaycan hökuməti tərəfindən adekvat, dostluq addımları atılıb və bu münasibətlərin bərpası üçün bizim tərəfdən xoşməramlı siyasət təqdim olunub. Lakin bugünkü dövrdə mütəmadi olaraq Fransa tərəfindən edilən yanlışlar fonunda müəyyən müsbət addımlar atılsa da, Azərbaycan hökuməti öz reaksiyasını verməsinə baxmayaraq, hələ də Fransa tərəfindən gözlədiyimiz, sülhə xidmət edən siyasət həyata keçirilmir. Sevindirici hal ondan ibarətdir ki, cənab Prezidentin Fransaya təbrik məktubu, Makronun son çıxışları və bəyanatlarını nəzərə alaraq, bizim tərəfdən sülhsevər, dostluğa xidmət edən addımlar atılır.Azərbaycan-Fransa münasibətlərində müəyyən inkişaf perspektivlərinin mövcudluğu reallıqdır. Ümid edirəm ki, Fransa nəhayət regionda öz xarici siyasətinə yenidən baxıb düzgün addım atacaq və bunun fonunda ikitərəfli münasibətlərin inkişafında müsbət irəliləyişlər ola bilə".

S.Məmmədov hazırda parlamentlərarası işçi qruplarının fəaliyyətinin bərpasının gündəmdə olmadığını söyləyib:

"Fransa Milli Assambleya və Senat tərəfindən, təəssüf ki, hələ də Azərbaycan əleyhinə əsassız iddiaların səsləndirilməsinə şahid oluruq. Ona görə də Fransa Milli Assambleyasında və Milli Məclisdə işçi qrupları fəaliyyət göstərmir. Bu gün bizim gündəliyimizdə qanunverici orqan səviyyəsində münasibətlərin bərpası, yaxud inkişafı ilə bağlı hər hansı məsələ yoxdur. Bu istiqamətdə müsbət irəliləyişlərin olması üçün Milli Assambleya və Senat tərəfindən Azərbaycanla Ermənistan arasında əldə edilən sülh uğurlarına dəstək olmaq məqsədilə çox addımlar atılmalıdır. Milli Məclis olaraq, Fransanın bu addımları atdığını görsək, gələcəkdə münasibətlərin bərpasında maraqlıyıq. Lakin reallıq budur ki, bu gün həmin qanunverici orqanın mövqeyi və atdığı addımlar parlamentlərarası işçi qruplarının fəaliyyətinin bərpasını, dostluq qruplarının təşkilini hələ gündəliyə gətirmir. Bunun üçün qarşı tərəfdən kifayət qədər görülməli işlər var. Fransa hökuməti və qanunverici orqanı dünyada baş verən hadisələri, regiondakı mövqeyimizi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən, güclü iqtisadiyyata malik, təhlükəsizliyi təmin edən, eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın həyata keçirdiyi siyasəti düzgün anlayaraq, bu regionda sülhə xidmət edən siyasət həyata keçirdikdə münasibətlərin bərpası gələcəkdə mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri