Icma.az
close
up
RU
Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb AZƏRTAC

Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 19 yanvar, AZƏRTAC

Seneqal fransız qoşunlarının ölkədən çıxarılmasını 2025-ci ilin yayına planlaşdırıb.

AZƏRTAC Seneqalın Dövlət Xəbər Agentliyinə (APS) istinadla xəbər verir ki, Fransa cari ilin yayında bu ölkədə özünün daimi hərbi bazalarını bağlayacaq.

APS-in məlumatına görə, iki ölkənin hakimiyyət orqanları bu tarixə qədər Fransanın bütün hərbi hissələrinin çıxarılmasının həyata keçirilməsi üçün dialoq mərhələsinə başlayıb.

Seneqalın Baş naziri parlamentdəki çıxışında ölkədəki bütün xarici hərbi bazaların tezliklə bağlanacağını elan edərək, bu addımın ölkənin milli suverenliyini gücləndirmək və dövlət siyasətini təşviq etmək istəyinin bir hissəsi olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl ölkə prezidenti Bassiru Diomey Fey də yaxın vaxtlarda ölkədə daha fransız əsgərlərinin olmayacağını bildirmişdir. “Seneqal müstəqil, suveren ölkədir və suverenlik suveren ölkədə hərbi bazaların olmasını qəbul etmir”, - deyə Seneqal Prezidenti noyabr ayında fransız mətbuatında bildirib. Yerli mediaya görə, Seneqalda təxminən 350 hərbiçisinin olduğu 3 Fransa hərbi bazası var. 2011-ci ildə Parislə Dakar arasında imzalanmış müqaviləyə görə rəvan keçidə imkan verən sazişi ləğv etmək üçün altı ay əvvəl xəbərdarlıq edilməlidir.

Xatırladaq ki, Mali, Burkina-Faso və Niger kimi ölkələri tərk etdikdən sonra Fransa bu yaxınlarda Çaddan çıxmağa məcbur oldu və 1966-cı ildə bağlanmış hərbi əməkdaşlıq sazişinin sona çatdığını qeyd etdi. Həmçinin, prezident Alasana Uattara da öz növbəsində ölkəsindəki fransız hərbi bazasının Kot d'İvuarın komandalığına keçəcəyini açıqladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri