Fransa: Rusiya bizi Avropadakı əsas düşməni kimi müəyyənləşdirdi
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın Baş Qərargah rəisi Thierry Burkhard Fransanın paytaxtı Parisdə Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında açıqlama verib.
Dünyada 30 il əvvəl 30 olan münaqişələrin sayının bu gün 120-yə çatdığını qeyd edən Burkhard, bu vəziyyətdə bir “dönüş” görmədiyini açıqladı.
Burkhard, “Tez bir çıxış yolu görməkdə çətinlik çəkirəm” dedi və Fransanın vəziyyətin pisləşməsi riskinə və yenidən silahlanmaya hazır olduğunu bildirdi.
Fransızların hibrid təhdidlərdən birbaşa təsirləndiyini izah edən Burkhard, “Kəşfiyyat xidmətlərimiz əhəmiyyətli irəliləyiş əldə etsə də və planlaşdırılan hücumların qarşısını almaq imkanlarına malik olsa da, terror təhlükəsi, xüsusən də ərazimizdə davam edir” deyib.
Kosmos, informasiya və sualtı kabellərlə bağlı təhdidlərin monitorinqinin vacibliyini vurğulayan Burkhard, bunların hamısının ölkənin sosial birliyini birbaşa təhdid etdiyini və bu birliyə hücum etmək üçün ən çox dezinformasiyadan istifadə edildiyini söylədi.
“Afrika qitəsindəki qeyri-sabitliyə görə uzunmüddətli əməliyyatların aparılmasının çətin olduğunu” iddia edən Burkhard, Fransanın xüsusilə Qərbi Afrikada xüsusi mövqeyə malik olduğunu və informasiya sahəsində hücuma məruz qaldığını qiymətləndirdi.
Fransanın Afrikada maraqları olduğu üçün bu qitəyə biganə qala bilməyəcəyini ifadə edən Burkhard, qitədəki fransız bazalarının transferini bu yay tamamlayacaqlarını açıqladı.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















