Fransa Rusiyaya məxsus olduğu iddia edilən tankeri saxladı
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron ölkə donanmasının Rusiyaya məxsus olduğu iddia edilən "Tagor" tankerini saxladığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında paylaşım edib.
Fransa liderinin sözlərinə görə, tanker beynəlxalq sanksiyalar altındadır. O bildirib ki, əməliyyat Atlantik okeanında, açıq dənizdə bir neçə tərəfdaş ölkənin dəstəyi ilə həyata keçirilib.
"Bu əməliyyat Atlantik okeanında, açıq dənizlərdə, Britaniya da daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə həyata keçirilib", - deyə Makron vurğulayıb.
Qeyd edək ki, bu, Fransa hakimiyyət orqanlarının Rusiyaya məxsus olmaqda şübhəli bilinən xarici bayraq altında üzən gəmini saxladığı ilk hadisə deyil. Rusiya tərəfi isə daha əvvəl Qərb ölkələrinin bu cür addımlarını "XXI əsrin piratlığı" kimi qiymətləndirmişdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 İyun 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















