Icma.az
close
up
RU
Fransa Senatında çıxışlar sülh prosesini hədəfə alır

Fransa Senatında çıxışlar sülh prosesini hədəfə alır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsinə münasibətdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməz hesab olunur və bölgədə formalaşan yeni siyasi reallığa zidd qiymətləndirilir. Azərbaycan tərəfi bildirir ki, işğal dövründə mədəni və dini irsin dağıdılması faktlarına göz yumulduğu halda, hazırkı dövrdə səsləndirilən ittihamlar ikili standart nümunəsidir. Bu cür açıqlamaların isə regionda davamlı sülh və etimad mühitinin formalaşmasına mənfi təsir göstərdiyi vurğulanır.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransa nazirinin bu cür açıqlamaları ümumilikdə bölgədə dayanıqlı sülh prosesinin irəli aparılmasına birbaşa maneçilik törədir. Çünki bu tip çıxışlar və həmin çıxışlar zamanı səsləndirilən narrativlər Ermənistanda revanşist qüvvələrin, xüsusilə Qarabağ klanına və separatçıların keçmiş rəhbərlərinə bağlı mərkəzlərin mövqeyini gücləndirən amillərə çevrilir.

Deputatın fikrincə, belə yanaşmalar yolverilməzdir. Ən azından ona görə ki, bu gün Ermənistan Azərbaycanın yaratdığı siyasi reallığa uyğun şəkildə sülh prosesində yaxından iştirak edir və birbaşa olaraq bu prosesi dəstəkləyir.

“Ermənistanın siyasi hakimiyyəti — baş nazir, parlament sədri, xarici işlər naziri, ədliyyə naziri və digər rəsmilərin son dövrlərdə səsləndirdiyi fikirlərdən açıq görünür ki, rəsmi İrəvan dayanıqlı sülhün əldə olunması üçün Azərbaycan tərəfindən irəli sürülən prinsipləri və təşəbbüsləri ümumilikdə müsbət qarşılayır və bu prosesə töhfə verməyə çalışır.

Misal üçün, Ermənistan hakimiyyətinin nümayəndələri öz çıxışlarında kommunikasiyaların açılması, Azərbaycanın iştirakı ilə həyata keçirilən inteqrasiya layihələrinə qoşulmaq, həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığını vurğulayırlar. Son Avropa Siyasi Birliyi tədbirində də Ermənistanla Türkiyə arasında sərhəd keçid məntəqələrində zəruri infrastruktur işlərinin birgə həyata keçirilməsi ilə bağlı vacib sənəd imzalandı. Bunların hamısı bütövlükdə sülh prosesinə xidmət edən addımlardır”, — deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, istər Jean-Noël Barrot olsun, istər Fransa Senatında təmsil olunan digər şəxslər, istərsə də Avropa Parlamentindəki bəzi deputatlar — onların səsləndirdiyi fikirlər bütövlükdə erməni diasporu və erməni lobbi qrupları ilə sıx əməkdaşlıq edən, hətta müəyyən siyasi sifarişləri yerinə yetirən şəxslərin mövqeyi kimi görünür. Bu isə təbii ki, ciddi narahatlıq doğurur.

“Halbuki Makronun son dövrdə nümayiş etdirdiyi siyasi mövqe müəyyən dəyişiklik siqnalları verir. Əvvəllər Makronun çıxışlarında açıq anti-Azərbaycan narrativləri üstünlük təşkil edirdisə, xüsusilə avqustun 8-dən sonra bu ritorikanın dəyişməyə başladığı hiss olunur. Bu baxımdan Barrotun səsləndirdiyi fikirlər həm də Vaşinqtonda paraflanmış sülh sənədinin ruhuna zidd görünür.

Ortada iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanmış bir sənəd var. Belə olan halda sual yaranır: Barrot nə əldə etməyə çalışır? Yoxsa müəyyən erməni dairələri qarşısında hansısa öhdəliklərini yerinə yetirdiyini nümayiş etdirmək istəyir? Çünki Fransanın rəsmi mövqeyi ilə bu cür açıqlamalar arasında müəyyən fərqlər müşahidə olunur.

Burada ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan istənilən fikir qəti şəkildə rədd edilir. Beynəlxalq hüquqa zidd çağırışlar qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycan beynəlxalq münasibətlər sistemində heç bir dövlətin ərazisində gözü olmayan ölkə kimi tanınır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın heç bir dövlətin ərazisində iddiası yoxdur və ölkə bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atır. Bu prinsiplərə qarşı çıxan mövqelər isə mahiyyət etibarilə beynəlxalq hüquqa zidd yanaşmalardır”, — deyə Azər Allahverənov bildirib.

Deputatın sözlərinə görə, bu gün müxtəlif platformalarda — Avropa Parlamenti, Fransa Senatı, Belçika və Niderland parlamentlərində səsləndirilən bəzi iddialar sanki eyni mərkəzdə hazırlanmış narrativlərin təkrarı təsiri bağışlayır. Bunlar eyni siyasi laboratoriyanın məhsulu kimi müxtəlif tribunalardan dövri şəkildə gündəmə gətirilir.

Azər Allahverənov vurğulayıb ki, Azərbaycanın və hətta Ermənistanın da bu prosesə verə biləcəyi ən tutarlı cavab sülh prosesini məntiqi sonluğa çatdırmaqdır. Bunun üçün isə ilk növbədə parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qalib gəlməsi, daha sonra Konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi və yeni Konstitusiyanın qəbul olunması sülh sazişinin yekun şəkildə imzalanması üçün əlverişli zəmin yarada bilər.

“Bu gün bundan fərqli mövqelərin sərgilənməsi bütövlükdə sülh prosesinə zidd yanaşmadır və qəbuledilməz hesab olunur.

Azərbaycan bu gün müxtəlif əsassız ittihamlarla qarşılaşsa da, səsləndirilən iddiaların əksini sübut edən kifayət qədər ciddi faktlara malikdir. Bu həm işğaldan azad edilmiş ərazilərdə yaşayan erməniəsilli şəxslərin bölgəni könüllü şəkildə tərk etməsi, həm separatizmi təbliğ edən və qondarma rejimin ideologiyasına xidmət edən tikililərin sökülməsi, həm də digər məsələlərlə bağlıdır. Bunların hamısı bütövlükdə separatçılığın tabutuna vurulan son mismarlar idi. Prezident İlham Əliyevin də dediyi kimi, bu proses 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri nəticəsində yekunlaşdı.

İndi isə sual yaranır: Azərbaycanı bu qədər ittiham edən Barrot, Paris meri, Avropa Parlamentindəki bəzi şəxslər və fraksiyalar harada idilər? Azərbaycan torpaqları işğal altında olduğu dövrdə, xalqımıza qarşı soyqırımları törədiləndə, ətraf mühit məhv ediləndə, mədəni irs dağıdılanda, şəhər və kəndlər yerlə-yeksan olunanda niyə eyni həssaslıq nümayiş etdirmirdilər? O zaman edilməli olan çağırışlar bu gün Azərbaycana qarşı səsləndirilir. Bu isə açıq ikili standart və riyakarlıqdır. Bu yanaşma nə insanlığa, nə də bəşəri dəyərlərə uyğun gəlir və dünyanın mütərəqqi qüvvələri tərəfindən də artıq açıq şəkildə görünür”, — deyə deputat qeyd edib.

Azər Allahverənov əlavə edib ki, bu gün Fransanın bəzi rəsmiləri Paşinyandan daha çox erməni olmağa çalışırlar ki, bu da təbii olaraq ikrah hissi doğurur.

Deputat təəssüflə bildirib ki, bu cür şəxslərin ermənipərəst, separatizmi dəstəkləyən və sülhə qarşı yönəlmiş çıxışları Fransanın xarici siyasət kursunun növbəti dəfə uğursuzluğa sürüklənməsinə səbəb ola bilər. Bu isə eyni zamanda iki ölkə arasında konstruktiv siyasi dialoqun inkişafına mane olan əsas amillərdən biridir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 May 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see220

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see217

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see214

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see208

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see206

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see205

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see196

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see186

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see184

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see183

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see182

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see181

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see180

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see179

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see179

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see167

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see166

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see161

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see152

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri