Icma.az
close
up
RU
Fransa Ukraynanın demilitarizasiyasına qarşı çıxdı: İmtina edəcəyik

Fransa Ukraynanın demilitarizasiyasına qarşı çıxdı: İmtina edəcəyik

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın müdafiə naziri Sebastyan Lekornu bəyan edib ki, yaxşı silahlanmış Ukrayna gələcək təhlükəsizlik arxitekturasının vacib hissəsinə çevriləcək.  

Qaynarinfo xəbər verir ki, onun sözlərini "The Guardian" nəşri yayıb.  

Lekornu bildirir ki, Avropa Ukraynanın demilitarizasiyası ilə bağlı çağırışları rədd etməlidir. O, həmçinin vurğulayıb ki, Fransa "Ukrayna ordusunun istənilən formada demilitarizasiyasından imtina edəcək".  

11 mart çərşənbə axşamı Lekornu Parisdə müdafiə və strategiya forumunu açıb. Bu tədbirə 30-dan çox ordu rəhbəri qatılacaq və Avropa ilə Qərbin Ukraynaya dəstək məqsədilə Rusiya ilə sülh razılaşması çərçivəsində nələr təklif edə biləcəyi müzakirə olunacaq.  

Nazir bildirib ki, Avropa öz tarixində "yeni bir dövr" yaşayır və bu dövr nə Soyuq Müharibəyə, nə də "sülh dividendləri" dövrünə bənzəyir. Hazırda bir çox qlobal güc mərkəzləri nüfuz uğrunda mübarizə aparır.  

O, ABŞ-da yeni administrasiyanın formalaşmasına işarə edərək qeyd edib ki, bugünkü müzakirələr zamanı NATO və Qərbin şərq cinahını necə qoruya biləcəyi məsələsi nəzərdən keçiriləcək. "Əgər sabah bəzi ölkələrin – və ya konkret bir ölkənin – bu işə töhfəsi azalsa, biz nə edəcəyik?" – deyə nazir sual verib.  

Ukrayna ilə bağlı Lekornu qeyd edib ki, mümkün atəşkəs daha diqqətlə planlaşdırılmalıdır, çünki Rusiya buna bənzər razılaşmaları pozmaq təcrübəsinə malikdir.  

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, qərargah rəislərinin görüşü "Ukraynada Avropa qüvvələrinin yerləşdirilməsi ehtimalına" həsr olunacaq. Bu qüvvələr "cəbhə xəttində döyüşmək üçün" deyil, sülh bərqərar olduqdan sonra onun tam şəkildə qorunmasını təmin etmək üçün göndərilə bilər.  

Makron həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması elə şərtlərlə baş verməlidir ki, bu, faktiki olaraq Ukraynanın kapitulyasiyası anlamına gəlməsin. O, etibarlı sülhün bütün Avropa qitəsinin təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri