“Bu, Ukraynanın kapitulyasiyası deməkdir” Fransa da Trampın gizli “sülh planı”na qarşı çıxdı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ və Rusiya nümayəndələri tərəfindən gizli şəkildə hazırlanmış Ukrayna üzrə sülh planına etiraz edib.
“Reuters” agentliyinin məlumatına görə, Avropa diplomatları planın hazırkı variantını Kiyevdən kapitulyasiya tələb edən sənəd kimi qiymətləndirirlər.
Brüsseldə toplaşan Aİ xarici işlər nazirləri sənədin rəsmi şəkildə açıqlanmamasına görə ehtiyatlı açıqlamalar versələr də, Ukraynadan ciddi güzəştlər tələb edən şərtlərlə razılaşmayacaqlarını açıq şəkildə bildiriblər.
Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Ukrayna cəmiyyəti sülh istəyir, lakin bu sülh yalnız ədalətli və suverenliyə hörmət edən ola bilər: “Ukraynalılar sülh istəyir – ədalətli sülh, suverenliyə hörmət edən sülh, gələcək təcavüz riski daşımayan davamlı sülh. Amma sülh heç vaxt kapitulyasiya ola bilməz”, – deyə fransalı nazir vurğulayıb.
“Reuters” qeyd edir ki, Vaşinqton bu “sülh planı”nı Kyiev üçün ən çətin dövrdə irəli sürüb. Ukrayna ordusu cəbhədə geri çəkilir, Prezident Zelenski hökuməti isə korrupsiya qalmaqalının təzyiqi altındadır. Aİ rəsmiləri hesab edir ki, belə bir məqamda Moskvanın iştirakı ilə hazırlanan sənədi Kiyevə qəbul etdirmək mümkün deyil və bu, Ukraynanın mövqelərini daha da zəiflədə bilər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Noyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















