Icma.az
close
up
RU
Fransa və Niderlanda çağırış!

Fransa və Niderlanda çağırış!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

COP29 çərçivəsində bu ölkələrdən ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması tələb olunub

Məlumdur ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu Qərb ölkələri  tərəfindən törədilib. Bu baxımdan, Fransanın və Niderlandın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkələrin qul siyasətinin qurbanı olub.

Ümumiyyətlə, kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, məhəl qoymurlar. Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bu məsələdə Niderland da Fransadan geri qalmır.

Azərbaycan bu problemlə bağlı prinsipial mövqe nümayiş etdirir və Fransa kimi ölkələrin müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  2023-cü  il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş həmin tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib.

Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üçün çoxlu sayda beynəlxalq konfrans keçirib. Bu tədbirlər həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda reallaşdırılıb. Belə tədbirlərdən biri də Bakıda COP29 çərçivəsində baş tutub. Bakı Təşəbbüs Qrupu (BTQ) və SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatı COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. Tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub.

Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən, Niderland koloniyalarından olan nümayəndələr, xarici və yerli jurnalistlər iştirak ediblər. Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin investisiya sahəsində yaranan problemlər, dayanıqlı inkişaf və kənar müdaxilə olmadan Afrikada investisiyaların perspektivləri müzakirə olunub.

Tədbirdə müstəmləkəçiliyin hazırda planetimizin üzləşdiyi dağıdıcı iqlim böhranına mənfi təsirləri xüsusi vurğulanıb. Müstəmləkəçiliyin Afrika ölkələrinin, dənizaşırı ərazilərin artıq daha tez-tez üzləşdiyi dağıdıcı iqlim hadisələrinə dərin və davamlı mənfi təsirlərinin gözardı edilməsi şiddətlə qınanılıb. Müstəmləkəçiliyin Afrika ölkələrində, eləcə də dənizaşırı ərazilərdə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə, ətraf mühitdə dərin mənfi izlər qoyduğu qeyd edilib. Bildirilib ki, müstəmləkəçiliyin bu ölkələrdə yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətlərinin və milli kimliyinin itirilməsi, etnik bölünmə və icmalar arasında gərginliyin yaradılması siyasəti, ətraf mühitin deqradasiyası, iqtisadi və siyasi asılılığın mirası kimi bir çox mənfi təsirlər artıq dözülməz həddə çatıb. Buna baxmayaraq, yerli xalqlar iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə bağlı müstəqil qərarlar qəbul edə bilmirlər. Müstəmləkəçilik bu ölkələrin strukturunu dağıdıb, onları xaricdən idarə olunan sistemlə əvəzləyib. Nəticədə həmin xalqların qərar qəbuletmə səlahiyyətləri onlardan alınıb.

Çıxışlarda qeyd olunub ki, müstəmləkəçiliyin əsas məqsədi Afrika ölkələrinin və dənizaşırı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməkdir. Müstəmləkə istismarı ətraf mühiti çirkləndirən intensiv kənd təsərrüfatı və mədənçilik sahələrində daha ağır nəticələr doğurur. Monokultura torpağı tükəndirib, bəzi ölkələrdə və ərazilərdə səhralaşmaya səbəb olub. Müstəmləkə dövründə başlayan bu ekoloji deqradasiya bu gün də kənd təsərrüfatına və dolanışıq vasitələrinə təsir edir, ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Tədbir iştirakçıları Fransanın və Niderlandın müstəmləkəsi altında olan ölkə və ərazilərdə ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması, yerli xalqların hüquqlarına hörmətlə yanaşılması ilə bağlı çağırış ediblər.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1408

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see701

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see545

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see534

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see457

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see435

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see365

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see295

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see294

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see285

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see266

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri