Icma.az
close
up
RU
Fransa XİN başçısı: İran öhdəliklərini pozub, yeni razılaşma olmazsa sanksiyalar bərpa olunacaq

Fransa XİN başçısı: İran öhdəliklərini pozub, yeni razılaşma olmazsa sanksiyalar bərpa olunacaq

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“İran Birgə Hərtərəfli Fəaliyyət Planı (BƏFP) çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri pozub və əgər yay mövsümünün sonunadək yeni, güclü və yoxlanıla bilən razılaşma əldə edilməzsə, Avropa ölkələri beynəlxalq sanksiyaları bərpa edəcək”.

Gununsesi.infoxəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan Noel Barro, ABŞ-ın CBS kanalında yayımlanan Face the Nation proqramına verdiyi müsahibədə bildirib:

“İran, bu saziş imzalandığı zaman qəbul etdiyi bütün öhdəlikləri pozub”, – deyə Barro bildirib.

Proqramın aparıcısının “Bu bombardmanlardan sonra İranın gizli şəkildə nüvə silahı hazırlamağa cəhd etməsindən və dünyanın bundan xəbərsiz qalmasından nə qədər narahatsınız?” sualına cavab olaraq Fransanın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb:

“Bu, hələ də qarşı-qarşıya olduğumuz bir təhlükədir və biz Almaniya və Böyük Britaniya ilə birlikdə çox açıq şəkildə bəyan etmişik ki, İran nüvə silahına sahib ola bilməz.”

Nazir əlavə edib ki, son aylar ərzində ABŞ rəsmiləri ilə sıx koordinasiya şəraitində İranla əlaqə saxlanılıb və bu zaman gözləntilər açıq şəkildə çatdırılıb.

“On il əvvəl, İranın nüvə potensialını əhəmiyyətli dərəcədə azaldan bir razılığa gəlmişdik. Təbii ki, vəziyyət dəyişib. Amma o vaxtdan bəri İran bu razılaşma çərçivəsində qəbul etdiyi bütün öhdəlikləri pozub,” – deyə Barro qeyd edib.

O, həmçinin bildirib ki, hazırda məqsəd daha geniş və əhatəli bir razılığa nail olmaqdır:

“Bu anlaşmaya İranın nüvə fəaliyyəti, ballistik raket proqramı və regionda apardığı sabitliyi pozan fəaliyyətlər daxil edilməlidir. Əgər yay mövsümünün sonunadək güclü, davamlı və yoxlanıla bilən yeni bir razılaşma əldə edilməzsə, Fransa, Almaniya və Britaniya on il əvvəl imzalanmış nüvə sazişi ilə ləğv olunmuş beynəlxalq sanksiyaları bərpa etməkdən başqa yol görmür.”

Nazir bu sanksiyaların silah ticarəti, nüvə avadanlıqları və bankçılıq sahələrini əhatə edəcəyini də əlavə edib.

Barro proqramın sonunda aparıcının “Deməli, Fransa avqust ayında İrana qarşı sanksiyaları yenidən tətbiq etməyə hazırdır. Siz İranın birbaşa ABŞ ilə danışmasını istəyirsinizmi ki, bu aqibətdən qaça bilsin?” sualına da cavab verib:

“Biz ABŞ-ın İranla danışıqlara başlamaq istiqamətindəki səylərini dəstəkləmişik. 12 günlük müharibədən sonra İranı ABŞ ilə danışıqlara qayıtmağa məcbur etmək üçün təzyiq göstərmişik və bu istiqamətdə təzyiqlərimizi davam etdirəcəyik. Əgər avqustun sonunadək güclü razılaşma əldə olunmasa, biz beynəlxalq – yəni vaxtilə ləğv edilmiş sanksiyaları yenidən tətbiq etmək məcburiyyətində qalacağıq. Biz bu addımı atmağa tam hazırıq.”

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri