Nepal XİN başçısı: “İnkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirməlidir” VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Biz hamımız birlikdə çalışmalıyıq, çünki bu (iqlim dəyişikliyi. – red) qlobal bir problemdir. Bu, həm regional, həm də qlobal bir problemdir. Hamımız birlikdə hərəkət etməliyik. Azərbaycan, Nepal və əlbəttə ki, bütün ölkələr, bütün tərəfdaşlar birlikdə işləməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri COP29-da iştirak edən Nepalın xarici işlər naziri Singha Durbar jurnalistlərə açıqlamasında bildirib.
Nazir Avropa ölkələrinin iqlim təşəbbüslərini kifayət qədər maliyyələşdirmədiyini qeyd edib:
“Biz vurğulayırıq ki, inkişaf etmiş ölkələr öz öhdəliklərini yerinə yetirməlidir və ümid edirik ki, iqlim maliyyəsi ilə bağlı öhdəlik götürən ölkələr öz sözlərini tutacaq və öhdəliklərini yerinə yetirəcəklər”.
Durbar COP29-dan gözləntilərini də açıqlayıb:
“Əlbəttə ki, bu çox vacibdir və ümid edirik ki, hamı daha çox iqlim tədbirləri görmək, daha çox maliyyələşdirmə və texnologiya transferi üzərində razılığa gələcək. Və əlbəttə ki, hamımız birlikdə çalışacağıq”.
Nuray, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 13 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















