Fransada 500 imza baryeri prezidentliyə namizədləri çətin vəziyyətə salır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Paris, 3 sentyabr, AZƏRTAC
Fransada 2027-ci il prezident seçkisində iştirak etmək istəyən namizədlər martın 12-dək ən azı 500 seçilmiş şəxsin imzasını toplamalıdır. Lakin bu tələb bəzi əsas siyasi fiqurlar üçün ciddi maneəyə çevrilir.
AZƏRTAC xəbər verir ki, Fransada prezidentliyə namizəd olmaq üçün 500 imza toplamaq məcburidir. İmza yalnız merlərdən deyil, deputat, senator, regional və departamentlər üzrə xalq tərəfindən seçilmiş şəxslərdən də alına bilər. Üstəlik, bu imzalar ən azı 30 müxtəlif departamenti əhatə etməlidir.
Hazırda “Əyilməz Fransa” (La France insoumise LFİ) partiyası Jan-Lük Melanşonun namizədliyini rəsmiləşdirmək üçün tələb olunan imzaların toplanmasında çətinlik çəkir. Kiçik kommunaların bir çox merləri isə hər hansı namizədi siyasi cəhətdən dəstəkləyirmiş kimi görünmək istəmədikləri üçün imza verməkdən çəkinirlər.
Bu sistem 1962-ci ildə general Şarl de Qoll tərəfindən namizədlərin sayını məhdudlaşdırmaq və təsadufi namizədlərin qarşısını almaq məqsədilə yaradılıb. Həmin vaxt tələb olunan imzaların sayı 100 idi, bu gün isə 500-dür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















