Icma.az
close
up
RU
Fransada çətin missiya Ayxan Abbasovlu millidən istəyimiz nədir?

Fransada çətin missiya Ayxan Abbasovlu millidən istəyimiz nədir?

Icma.az bildirir, Fanat portalına istinadən.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan millisi çətin səfərə yollanıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv sabah "Park de Prens"də Fransa yığmasının qonağı olacaq. Təbii ki, ikiqat dünya çempionu titulu olan ölkənin əsas komandası ilə dueldə kimin daha şanslı olduğunu söyləmək xüsusi istedad tələb etmir. Lakin bir sıra məqamlar milli haqqında daha nikbin düşünməyə əsas verir. Hər halda, proseslərin gedişatı yığmanın yeni bir dövrün astanasında olduğunu göstərir.

***


Əslində seçməmiz hələ Fernandu Santuşa həvalə olunanda çoxları bu təyinatın futbolumuza faydalı olacağına inanmırdı. Baxmayaraq ki, portuqaliyalı mütəxəssisin Avropa çempionu kimi önəmli uğuru var idi. Ancaq Santuşun bu nəticəni hansı komanda ilə qazandığını unutmaq lazım deyil. Kriştianu Ronaldulu seçməni bizim yığma ilə tərəzinin eyni gözünə qoymaq, yumşaq desək, sadəlövhlük olar. Üstəlik, mütəxəssisin Portuqaliya millisindən sonrakı məşqçilik karyerası inamsızlığın əsas istinad nöqtələri idi. Zaman məhz bu cür proqnozlar verənləri haqlı çıxardı. 11 oyunda 2 heç-heçə və 9 məğlubiyyət kimi statistika əlavə şərhə yer qoymur. Xüsusən İslandiyaya 0:5 hesablı yenilgi AFFA-nın səbr kasasını dolduran son damla oldu. Təbii, şimallılar dünyanın nəhəng yığmalarından biri deyil və belə məğlubiyyət qəbul edilə bilməzdi. Belədə Santuşun müqaviləsinə vaxtından tez xitam verildi və bununla itiriləcək daha bir neçə ilin qarşısını almaq cəhdi edildi. Artıq bu dəyişikliyin uğurlu olub-olmayacağını gələcək, bəlkə də qarşıdakı bir həftə göstərəcək. Hər halda, Santuşun dönəmindən pis olmayacağı dəqiqdir. 11 oyunluq qələbəsiz dövr, Millətlər Liqasında D divizionuna yuvarlanmaq, böyük hesablı məğlubiyyətlər yığmanın, necə deyərlər, "dibə vurması" idi.

***


AFFA əvvəlcə Ayxan Abbasova bir oyunluq güvəndi. Komandanı Ukrayna ilə matça buna qədər U-21-ə başçılıq edən Ayxan Abbasov çıxartdı. Matça məhz adı çəkilən mütəxəssisin rəhbərliyi altında çıxan yığma 1:1 hesablı heç-heçə ilə diqqət çəkdi. 
Əlbəttə, Santuşun yola salınması, yerli məşqçiyə göstərilən etimad həm futbol ictimaiyyətində, həm azarkeşlərdə, həm də komandada müsbət reaksiya doğurdu. Elə Ukrayna ilə oyunda sərgilənən oyun və qazanılan 1 xal da bütün bunların məntiqi nəticəsi idi. Əslində yerli mütəxəssisin yığmaya faydalı olacağı illərdi deyilir, yazılır. Futbolçuları tanımaq, mentaliteti bilmək və onların potensialından necə istifadə etməyi azərbaycanlı məşqçilərin daha yaxşı bildiyi normaldı. Xüsusən son illərdə yerli və gənc mütəxəssislərin göstərdiyi nəticələr də bunu deməyə əsas verirdi. Onların arasında ən uğurlularından biri də məhz Ayxan Abbasovdu. Məhdud "material"la işləmək bacarığı isə onu bir addım da önə çıxarırdı. Nəticədə, AFFA da uzun illərdən sonra yığmanın baş məşqçi postunu məhz yerli mütəxəssisə həvalə etdi.

***

Fransa, Ukrayna və İslandiya ilə eyni qrupda yer alan millimizin dünya çempionatının final mərhələsinə vəsiqə qazancağından danışmaq, buna inanmaq absurddur. Düzdür, futbol sürprizlərlə doludu və bu idman növünü sevdirən məqamlardan biri də məhz odur. Lakin bəzi reallıqlar nikbin düşünmək üçün ciddi maneə törədir. Bəlkə də seçmə mərhələyə böyük hesablı məğlubiyyətlə start verməsəydik, müsbət proqnozlar üçün əsasımız olardı. İndi isə qarşıdakı oyunlar, yığmanın gələcəyi ilə bağlı suallar aktualdı. Ayxan Abbasovun səfər öncəsi verdiyi açıqlamalarda "öncə yanaşmamızı dəyişməliyik", "futbolçular formanın dəyərini bilməlidirlər" kimi ifadələri işlətməsi də boşuna deyil. Deməli, yeni dönəm milli üçün tam fərqli məcrada keçəcək. Bəlkə də Fransa və Ukrayna ilə səfər oyunları bu inamın möhkəmlənməsi üçün zəmin yaradacaq. Azərbaycanlı futbolsevərlər məhz bu cür olacağına ümid edir. Abbasovun üzərinə bu inamı qaytarmaq, rəqabətədavamlı komanda formalaşdırmaq missiyası düşür. Ondan bu tsikldə nəticə tələb olunmamalıdır. Abbasova növbəti Millətlər Liqası və Avropa Çempionatı üçün komanda formalaşdırmağa yetərincə vaxt verilməlidir. 

***


Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov qarşıdakı oyunlarla bağlı fikirlərini belə çatdırıb: "Seçmə mərhələdəki əvvəlki qarşılaşmada - Ukrayna ilə Bakıda keçirilən matçda (1:1) əzmkarlıq hesabına xal qazanmışdıq. Fransa kimi millilərlə oyunlarda isə nəticə qazanmaq üçün yalnız əzmkarlıq kifayət etmir. Bir qədər də bəxtin bizim tərəfimizdə olması vacibdi. Bəlli məsələdir ki, Ukrayna da oyun planında bizi üstələmişdi. Nadir hücumlarımızın birində penalti qazandıq və qol vurduq. Əminəm ki, futbolçularımız son damla tərlərinə qədər mübarizə aparacaqlar. Ayxan Abbasovun oyunçuları bu qarşılaşmaya psixoloji cəhətdən hazırlaya biləcəyinə şübhə etmirəm. Amma Fransa seçməsi dünyanın ən yaxşı futbolçularından ibarət komandadır. Qeyd etdiyim kimi, belə rəqiblə matçlarda yalnız vuruşmaqla xal qazanmaq olmur. Nə qədər əzmkar olsan da, rəqib texniki imkanlar baxımından səni üstələyirsə, yekunda məğlub olursan. Bu başqa məsələ ki, sonadək oyundan "qopmamaq" və erkən qol buraxmamaq çox vacib şərtdir. Qol buraxsaq belə, ruhdan düşməməli, mübarizəni davam etdirməliyik. Oyunçularımız buna hazır olmalıdırlar. Hesab barədə nəsə demək isə çətindir. "Park de Prens"də məğlub olacağımız gözlənilən nəticədir. Başqa sözlə, uduzmağımız heç kimi təəccübləndirməyəcək.Həmin matçdan üç gün sonra Polşanın Krakov şəhərində Ukrayna millisi ilə qarşılaşacağıq. İki belə ağır matç keçirmək asan iş deyil. Onu da nəzərə alaq ki, Ukrayna Bakıdakı oyunda itirdiyi xalın əvəzini çıxmaq üçün bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparacaq".

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri