Icma.az
close
up
RU
Fransada doğum sayı aşağı düşür: Planlaşdırma üzrə Ali Komissarlıq iqtisadi təhlükələr barədə xəbərdarlıq edir

Fransada doğum sayı aşağı düşür: Planlaşdırma üzrə Ali Komissarlıq iqtisadi təhlükələr barədə xəbərdarlıq edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 7 sentyabr, AZƏRTAC

Fransada doğum səviyyəsində ciddi azalma müşahidə olunur. Son 15 ildə ölkədə bu say 24% azalıb.

AZƏRTAC xəbər verir ki, Planlaşdırma üzrə Ali Komissarlığın (Haut commissariat au plan) yayımladığı hesabatda bu narahatedici tendensiyanın nəticələri barədə xəbərdarlıq edilir.

Milli Statistika və İqtisadi tədqiqatlar İnstitutunun (INSEE) məlumatına görə, 2024-cü ilin mayında ilk dəfə olaraq II Dünya Müharibəsindən sonra Fransada təbii əhali artımı mənfi olub. Yəni, ölkədə ölənlərin sayı doğulanlardan çoxdur.

İqtisadçılar bildirirlər ki, bu, daha az sosial sığorta ödəyicisi deməkdir. Əvvəllər gənc və bol işçi qüvvəsi ilə fəxr edən Fransa artıq bu reallığı itirir.

Ali Komissarlığın hesabatında deyilir ki, əhalinin və işçi qüvvəsinin azalması ilə mübarizə aparmaq üçün bir neçə istiqamət mövcuddur:

- Cəmiyyətin kollektiv şəkildə daha uzun və daha intensiv işləməsi tələb olunur. Bu, həm iş saatlarının artırılması, həm də təqaüd yaşının yüksəldilməsi ilə mümkün ola bilər;

- Avtomatlaşdırma: xüsusilə bəzi sahələrdə (sənaye, logistika, xidmət sektoru) texnologiyadan və robotlardan istifadə edərək kadr çatışmazlığının qarşısını almaq mümkündür;

- İşçi miqrasiyası: Hesabatda Almaniya və İtaliya kimi ölkələrin təcrübəsinə istinad edilərək, xarici işçi qüvvəsinə açıq strategiyanın hazırlanması tövsiyə olunur.

Planlaşdırma üzrə Ali Komissarlıq xəbərdarlıq edir ki, əgər doğum səviyyəsi bu templə aşağı düşməyə davam edərsə, Fransanın iqtisadi gələcəyi ciddi sual altına düşəcək. Vergi və sosial ödəniş sistemləri işçi qüvvəsinin azalması ilə zəifləyə bilər.

Bu səbəbdən istiqamətli, uzunmüddətli və kompleks bir strategiya hazırlanmalı, hökumət əmək bazarını, texnoloji imkanları və immiqrasiya siyasətini birlikdə nəzərdən keçirməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri