Icma.az
close
up
RU
Fransada ən böyük AES meduzaların “hücumu” nəticəsində fəaliyyətini dayandırıb

Fransada ən böyük AES meduzaların “hücumu” nəticəsində fəaliyyətini dayandırıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Fransanın atom elektrik stansiyaları üzrə operatoru “Électricité de France” (EDF) bildirib ki, ölkənin ən böyük “Qravlin” atom elektrik stansiyasının nasos bölməsindəki filtr barabanlarına kütləvi və gözlənilməz meduza “hücumu” səbəbindən bu AES fəaliyyətini dayandırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, EDF-nin məlumatına görə, stansiyanın soyutma sistemindəki nasosların tıxanması dörd reaktorun avtomatik olaraq bağlanmasına, digər iki blokun isə təmirə məruz qalmasına səbəb olub. Təsirə məruz qalan filtrlər zavodun nüvə hissəsindən kənarda yerləşir. Buna görə də insident obyektlərin, personalın və ya ətraf mühitin təhlükəsizliyinə heç bir təsir göstərməyib. Meduzaların “hücumuna” məruz qalan filtrlər zavodun nüvə hissəsindən kənarda yerləşir.

“Qravlin” atom elektrik stansiyası Kale şəhəri yaxınlığında yerləşir və hər birinin gücü 900 MVt olan altı reaktordan ibarətdir. 2040-cı ilə qədər gücü 1600 MVt olan daha iki reaktorun tikintisi planlaşdırılır. EDF nümayəndələri reaktorların avqustun 14-də işə başlayacağını bildiriblər. Onlar əlavə ediblər ki, Fransanın elektrik şəbəkəsində elektrik enerjisi çatışmazlığı təhlükəsi yoxdur.

Meduzalar səbəbindən nüvə reaktorlarının bağlanması nadir haldır. Sonuncu dəfə bu, 1990-cı ildə Fransada baş verib. Oxşar hadisələr ABŞ, Şotlandiya, İsveç və Yaponiyada da olub. Meduzaların sayı son onilliklərdə okeanların istiləşməsi və dəniz ekosistemlərində qida zəncirlərini pozan həddindən artıq balıq ovu səbəbindən durmadan artır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see206

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see172

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see153

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see152

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see150

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see150

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see146

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see141

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see139

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see137

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see135

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see134

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see129

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see125

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see125

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see123

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see119

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri