Fransada hakim və anası qaçırılıb Həbslər var
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransada məhkəmə hakimi və anası qaçırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, kriptovalyuta sahəsində mütəşəkkil dəstəyə çevrilmiş şəxslər Drom əyalətində adı açıqlanmayan fransız hakimi və anası pul almaq məqsədiylə qaçıraraq girov saxlayıblar.
Lion Prokurorluğundan bildirilib ki, həmin şəxslərə qarşı7 və 8 fevral tarixlərində əməliyyat keçirilib və aralarında biri qadın və uşaq olmaqla dörd nəfər həbs edilib: "Təxminən 200 polis əməkdaşının iştirak etdiyi axtarış əməliyyatla fransız hakimi və anası Burq-le-Valensdəki qatar stansiyasında xəsarət almış vəziyyətdə tapılıblar. Bundan sonra keçirilən əməliyyatla onları oğurlayanlar saxlanılıblar. Faktla bağlı araşdırma gedir"
Hüseyn Namazov
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Fevral 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















