Fransada iğtişaşlar zamanı 15 yaşlı uşaq əlini itirib
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın Lens şəhərində lisey şagirdlərinin etiraz aksiyasına polis müdaxiləsi zamanı baş verən partlayış nəticəsində 15 yaşlı şagird əlini itirib.
Gununsesi.info xəbər verir ki, “Le Monde” bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 5-də Lensdəki Auguste-Béhal liseyinin yaxınlığında baş verib. Partlayışdan sonra yaralanan şagird xəstəxanaya çatdırılıb. Onun həyatının təhlükədə olmadığı bildirilib.
Béthune prokuroru Etienne Thieffry bildirib ki, araşdırma hadisə zamanı şagirdin qumbaranı yerdən götürüb-götürmədiyini və ya qumbaranın onun üzərinə düşüb-düşmədiyini müəyyənləşdirməlidir. İş üzrə araşdırma Fransa Milli Polisinin Baş Müfəttişliyinə (IGPN) həvalə edilib.
Fransa mətbuatında partlayışa səbəb olan sursatın polis tərəfindən istifadə edilən GM2L tipli qumbara ola biləcəyi bildirilib. Lakin bununla bağlı yekun nəticə hələ açıqlanmayıb.
Hadisə Fransada təhsil şəraitinə etiraz edən lisey şagirdlərinin aksiyalarının davam etdiyi vaxt baş verib. Etirazların əsas səbəbləri müəllim çatışmazlığı, siniflərin həddindən artıq sıx olması, məktəblərin fiziki vəziyyəti və təhsil resurslarının yetərsizliyi ilə bağlı tələblərdir.
Fransa hökumətinin məlumatına görə, etirazlar başlayandan bəri 215 şagird xəsarət alıb. Həmçinin 715 polis və jandarm əməkdaşının, 85 təhsil işçisinin yaralandığı bildirilib.
Liseylərdəki aksiyalarla bağlı polis əməkdaşlarının müdaxilələrinə dair 10 araşdırma IGPN-yə həvalə edilib. Lensdəki hadisə ilə yanaşı, Saint-Ouen-l’Aumône və Tours şəhərlərində yaralanan şagirdlərlə bağlı insidentlər də araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















