Fransada İslam Mədəniyyəti şuraları “Ifop”un sorğusundan məhkəməyə şikayət ediblər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris, 24 noyabr, AZƏRTAC
Fransada bir neçə departamentin İslam Mədəniyyəti Şurası (CDCM) “Ifop” şirkətinin "Fransadakı müsəlmanların islam və islamizmə münasibəti" adlı sorğusunun dərcindən sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, Loiret, Aube və Bouches-du-Rhône bölgələrinin İslam Mədəniyyəti şuraları bu araşdırmanın "19 iyul 1977-ci il tarixli, ictimai rəy sorğularının dərcinə və yayılmasına dair qanun”un obyektivlik prinsiplərini pozduğunu bildirirlər. Həmçinin ABŞ-ın X sosial şəbəkəsi də bu sorğunun yayılmasına görə şikayətə daxil edilib. CDCM-in vəkilləri bu sənədin qərarsızlıqları gücləndirdiyini və müsəlmanlara qarşı stiqmatizasiya yaratdığını bəyan edirlər.
Bu sorğu “Ekran de veille” jurnalı tərəfindən sifariş edilib və 14 min nəfərlik paneldən seçilən 1005 müsəlman ilə telefonla aparılıb.
“Ifop şirkəti” isə bu araşdırmanı müdafiə edib.
Sorğunun dərcindən sonra bir çox siyasi xadimlər də reaksiya veriblər. “Əyilməz Fransa” (La France Insoumise-LFİ) partiyasından olan deputat Pol Vannye, xüsusilə stiqmatizasiya və təhlükəli bir ümumiləşdirməni pisləyib. Daxili işlər naziri Loran Nunez radikal İslamla mübarizəni gücləndirmə niyyətini açıqlayıb, bu isə dini praktika ilə radikalizm arasında qarışıqlıq yaradılmasından narahat olan yerli icmalar və təşkilatlar tərəfindən tənqid olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















