Icma.az
close
up
RU
Fransada istilərə görə 1350 məktəb bağlandı

Fransada istilərə görə 1350 məktəb bağlandı

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada təsirli olan şiddətli istilər səbəbilə təxminən 1350 məktəb tamamilə və ya qismən bir günlük bağlanıb. Paytaxt Paris də daxil olmaqla 16 vilayətdə qırmızı həyəcan elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, Fransa meteorologiya agentliyi Météo France, şiddətli istilər səbəbilə Paris də daxil olmaqla 16 vilayətdə qırmızı, 68 vilayətdə isə narıncı həyəcan siqnalı verildiyini açıqlayıb.

Ölkədə gün ərzində havanın temperaturunun ən aşağı 20, ən yüksək 41 dərəcə olacağı gözlənilir.

İstilərin təsiri ilə ölkə üzrə təxminən 1350 məktəb tam və ya qismən bağlanıb. Dünən isə eyni səbəbdən 750 məktəbdə dərslərə ara verilmişdi.

Bu arada, isti hava səbəbilə Paris və ətrafında artan ozon çirklənməsi yerli hakimiyyət orqanlarını hərəkətə keçirib.

Paris Polis İdarəsinin dünən verdiyi açıqlamada bildirilib ki, Paris və ətraf vilayətlərdə yalnız ətraf mühiti ən az çirkləndirən müəyyən nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək, digər bütün avtomobillərin isə yol hərəkətinə çıxması qadağan olunub.

Bu qərardan ictimai fayda üçün istifadə olunan nəqliyyat vasitələri istisna edilib və əlaqədar bölgələrdə sürət həddi də endirilib.

Fransada isti hava səbəbilə Tarn-et-Garonne bölgəsindəki Golfech Atom Elektrik Stansiyasının bir reaktoru 29 iyundan etibarən fəaliyyətini dayandırıb.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see430

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see276

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see268

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see265

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see262

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see249

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see248

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see244

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see241

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see238

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see235

Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? İQTİSADÇI DANIŞDI

21 Sentyabr 2026 13:01see232

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see230

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see225

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see225

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see223

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see223

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see218

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see212

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri