Icma.az
close
up
RU
Ələsgər Məmmədli evindən götürülmüş əşyaların qaytarılmasını istəyir

Ələsgər Məmmədli evindən götürülmüş əşyaların qaytarılmasını istəyir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Toplum TV” ilə bağlı cinayət işi üzrə həbs olunan media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişməsi barədə vəsatət qaldırılıb.

Bizimyol.info xəbər verir ki, mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Fəxrəddin Mehdiyev onunla bağlı vəsatət qaldırıb.

Hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə prosesində çıxış edən vəkil bildirib ki, Ələsgər Məmmədli cəmiyyətdə tanınan şəxsdir, üstəlik, ciddi xəstəlikdən əziyyət çəkir. Həbsindən sonra xəstəliyi daha da kəskinləşib: “Şəxs haqqında həbs qərarı verilərkən onun ailə vəziyyəti, şəxsiyyəti, sağlıq durumu və bsşqa hallar da nəzərə alınmalıdır. Həbs qətimkan tədbiri seçilməsi üçün maddi və prosessual əsaslar olmalıdır. Bir şəxsi həbs eləməkonun ailəsini həbs eləmək deməkdir. Ailə də əziyyət çəkir. Ələsgər Məmmədlinin həbsdə saxlanmasına zərurət yoxdur. Ona görə də xahiş edirəm, onun haqqında həbs qətimkan tədbirinin müddəti uzadılmasın”.

Ələsgər Məmmədli vəkilinin vəsatətini müdafiə edərək bildirib ki, insan hüquq və azadlıqları yalnız qanunvericilik çərçivəsində məhdudlaşdırıla bilər. O, özünün və həmkarlarının hazırda həbsdə saxlanmasını qanunsuz hesab edir.

Ələsgər Məmmədli həbs olunarkən evindən ailə üzvlərinə məxsus elektron avadanlıqların, hətta övladlarının ad günləri, fotoşəkilləri olan disklərin götürüldüyünü bildirib, onların geri qaytarılmasını istəyib. O, avtomobilinin üzərinə həbs qoyulduğunu da da qeyd edərək, həbsin götürülməsi barədə vəsatət qaldırıb.

“Toplum TV” işi üzrə təqsirləndirilən digər şəxslər və onların vəkilləri də onların ev dustaqlığına buraxılması, axtarış zamanı evlərdən götürülmüş əşyaların qaytarılması haqda vəsatətlər qaldırıblar.

Vəsatətlər təmin olunmayıb – təqsirləndirilən şəxslərin hamısının haqqında həbs qətimkan tədbirinin uzadılmasına qərar verilib.

“Toplum TV” işi üzrə həbsdə olanların işi məhkəmə baxışına verilib. Məhkəmə mayın 19-na təyin olunub.

Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli və digərləri 2024-cü iin martında həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və digər maddələrilə ittihamlar irəli sürülüb.

Onlar özlərini təqsirli bilmirlər.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri