Icma.az
close
up
RU
Fransada nüvə obyektində humanoid robot işə cəlb edildi Bu, niyə vacibdir?

Fransada nüvə obyektində humanoid robot işə cəlb edildi Bu, niyə vacibdir?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa süni intellektlə təchiz edilmiş humanoid robotu nüvə obyektində işə cəlb edib. 

Qaynarinfo xəbər verir ki, "Capgemini" və "Orano" şirkətləri "Hoxo" adlı yeni nəsil humanoid robotu təqdim ediblər. Robot süni intellekt, kompüter görməsi və qabaqcıl robot texnologiyalarını birləşdirir və nüvə müəssisələrində əməliyyat çağırışlarını həll etmək üçün yaradılıb. "Hoxo" ilk dəfə Fransanın Qar departamentində yerləşən "Orano Melox" zavodunda sınaqdan keçirilib.

Məlumata görə, "Hoxo" daxilinə quraşdırılmış süni intellekt sistemi, müasir sensorlar və avtonom naviqasiya texnologiyalarına malikdir. Onun əsas məqsədi – təhlükəli mühitlərdə əməliyyatların səmərəliliyini və təhlükəsizliyini artırmaqdır.

Şirkətin bildirdiyinə görə, robot insan hərəkətlərini təkrarlaya və nüvə obyektlərinin mürəkkəb şəraitinə uyğunlaşa bilir. Real məkan qavrayış sistemləri sayəsində o, əvvəllər yalnız insanların yerinə yetirdiyi texniki əməliyyatları icra edə bilər.

"Capgemini" şirkətinin innovasiyalar üzrə direktoru Paskal Briye qeyd edib ki, bu layihə robot texnologiyası, süni intellekt, kompüter görməsi və rəqəmsal əkizlərin birləşməsinin sənayeni necə dəyişdirdiyini nümayiş etdirir:

"Bu layihə insan və maşın arasında həssas mühitlərdə yeni əməkdaşlıq mərhələsini açır. Biz fiziki süni intellektin potensialını 'Orano'nun ən çətin istehsal tapşırıqlarını həll etmək üçün istifadə edirik".

"Capgemini" şirkətinin icraçı vitse-prezidenti doktor Kara Antuan isə vurğulayıb ki, layihə qabaqcıl texnologiyaları unikal şəkildə bir araya gətirib:

"Biz göstərdik ki, robot texnologiyası, süni intellekt, kompüter görməsi və rəqəmsal əkizlər insan və maşın əməkdaşlığının mahiyyətini dəyişə bilər. Bu, nüvə sənayesində yeni dövrün başlanğıcını simvolizə edir".

Ekspertlər hesab edirlər ki, "Hoxo" nüvə sənayesində yeni mərhələni — öz intellekti və adaptiv davranışı olan robotların dövrünü açır. "Melox" zavodunda aparılan sınaqlar zamanı mütəxəssislər robotun hərəkət qabiliyyəti və süni intellekt alqoritmlərinin gündəlik əməliyyatlarda nə dərəcədə effektiv olduğunu qiymətləndirirlər.

Zavod direktoru Arno Kapdepon isə bildirib:

"Hoxo bizə intellektual robot həllini yerli mütəxəssislərin təcrübəsi ilə birləşdirməyə imkan verir. Bu, həm təhlükəsizliyi, həm də istehsalın rəqabət qabiliyyətini artıracaq innovasiyadır".

Mütəxəssislərin fikrincə, bu cür robotların tətbiqi nüvə energetikasında həlledici addım ola bilər. Sektor hazırda daha təhlükəsiz, səmərəli və aşağı karbon emissiyalı fəaliyyət modellərinə keçid dövrünü yaşayır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri