Icma.az
close
up
RU
Fransada siyasi fırtına yaxınlaşır: Makronun nüfuzu yerlə yeksan oldu

Fransada siyasi fırtına yaxınlaşır: Makronun nüfuzu yerlə yeksan oldu

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Narsist lider obrazı Makronun siyasi karyerasını məhv etdi


  Fransa əhalisinin cəmi 15 faizi ölkə prezidenti Emmanuel Makrona etibar edir. "Le Figaro" qəzetinin verdiyi məlumata görə, "Verian"ın sorğusunun nəticələri göstərib ki, Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb. Sorğuya görə, fransızların 80 faizi Makrona etibar etmir. Qalan 5 faiz cavab verməkdə çətinlik çəkib. Ölkənin baş naziri Fransua Bayruya etimad səviyyəsi 14 faizə düşüb. Bu da onun vəzifəyə başladığı vaxtdan ən aşağı göstəricidir.  



Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, E.Makronun nüfuzunun azalmasına səbəb onun ikinci prezidentliyi dövründə keçirdiyi pensiya islahatlarıdır. Ekspert vurğulayıb ki, Fransada qəbul edilən yeni qanuna görə təqaüd yaşı 62-dən 64-ə qaldırdı ki, bu da ölkədə kütləvi narazılığa səbəb oldu: 

"Nəticədə ölkədə kütləvi etirazlar və tətillər keçirildi. Buna parelel şəkildə baş nazir Bayronun təqdim etdiyi sosial xidmətlər paketi də ciddi narazılıq yaratdı. Bundan sonra sürətli şəkildə prezident və hökumətin nüfuzu düşməyə başladı. Məsələnin ən maraqlı tərəfi odur ki, Makronun əsas gücü paytaxt Parisdədir. Regionlarda aparılan səhv siyasət, əsas lahiyyələrin paytaxtda həyata keçirilməsi bölgələrdə işsizliyin artmasına səbəb oldu. Eyni zamanda Emanuel Makron sələflərindən fərqli olaraq aşağı təbəqə ilə işləməyi bacarmadı. Uzun müddət özəl sektorda rəhbər vəzifələrdə çalışmış Makron daha çox narsist xarakteri ilə fərqlənir. O, özünü güclü və əlçatmaz lider kimi göstərməyə çalışır ki, bu da insanlarda qıcıq yaradır". 


Siyasi şərhçiyə görə, azalan reytinq isə gələcəkdə Makron və komandası üçün çətin sınaq olacaq: 

"Fransa 2027-ci ildə növbəti prezident seçkilərinə gedəcək. Konstitusiyaya görə Emanuel Makron 2 dəfə ard-arda seçildiyi üçün növbəti seçkidə namizəd ola bilməz. Hazırda həm sağda, həm də solda bəzi şəxslər prezidentlik üçün potensial namizəd kimi nəzərdən keçirilə bilər. Sağ cinahda Makaron hökumətinin ilk baş naziri olmuş Eduard Filipin nüfuzu sürətli şəkildə artır. O, namizədliyini elan etməsə belə hazırda ölkənin ən nüfuzlu siyasətçisidir. Bundan başqa anti-miqrant çıxışları ilə bilinən keçmiş daxili işlər naziri Bruno  Retailleau, həmçinin radikal sağdan Milli Cəbhənin yeni parlayan ulduzu Jordan Bardella növbəti seçkinin potensial namizədləridir. Solçular arasında isə əsas mübarizə qocaman siyasətçi, radikal solçu dan Jan-Luk Melanşon və keçmiş prezident, Sosialistlər Partiyasının şanslı namizədlərindən Fransua Olland, eyni zamanda bu partiyanın parlayan ulduzu, xanım siyasətçi Karole Delga arasında gedir. Ancaq hər iki cinahda da Makronun yeritdiyi siyasətə qarşı güclü narazılıq var. Əgər vəziyyət bu şəkildə davam edərsə, 2027-ci Fransada təkcə prezident deyil, 10 illik siyasi xəttdə dəyişəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri