Icma.az
close
up
RU
Fransada təxminən 2000 illik Roma mozaikası aşkarlanıb

Fransada təxminən 2000 illik Roma mozaikası aşkarlanıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Fransanın Suasson şəhərində istilik şəbəkəsinin çəkilişi üçün aparılan hazırlıq işləri zamanı arxeoloqlar nadir tapıntıya rast gəliblər — yaşı təxminən 2000 ilə çatan Roma dövrünə aid döşəmə mozaikasının fraqmenti aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Arkeonews” nəşri məlumat yayıb.

En departamentinin Arxeologiya Xidmətinin məlumatına görə, mozaika eramızın I əsrinin sonlarına aiddir və ehtimal olunur ki, bölgənin varlı sakinlərinə məxsus, sahəsi təxminən 50 kvadratmetr olan böyük sarayın qəbul zalını bəzəyib.

Tapıntının əsas özəlliyi iki texnologiyanın — dekorativ beton və daş tesseralardan hazırlanmış klassik mozaikanın birləşməsindədir. Belə hibrid konstruksiyalar bu dərəcədə yaxşı qorunmuş vəziyyətdə olduqca nadir hallarda aşkarlanır.

Döşəmənin mərkəzi hissəsi qara-ağ medalyon və rombşəkilli, həmçinin konsentrik xətlərdən ibarət həndəsi naxışlarla bəzədilmiş kvadrat paneldən ibarətdir. Arxeoloqların fikrincə, bu cür elementlər Roma elitasının nümayəndəlik məqsədli salonları üçün xarakterik olub və ev sahiblərinin yüksək statusunu nümayiş etdirib.

Tədqiqatçıların xüsusi diqqətini qırmızı üzgəcləri olan delfin təsviri cəlb edib. Roma mədəniyyətində bu simvol dəniz, rifah və firavanlıqla əlaqələndirilirdi.

Mütəxəssislər hazırda tapıntının hazırlanma texnologiyasını, istifadə olunan materialların mənşəyini və onun Şimali Qalliyadakı emalatxanalarla mümkün əlaqəsini araşdırırlar. Həmçinin mozaikanın bərpa edilərək ictimaiyyətə nümayiş etdirilməsi üçün sökülməsi məsələsi də nəzərdən keçirilir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri