Icma.az
close
up
RU
Fransada yenidən kütləvi etiraz aksiyaları keçiriləcək

Fransada yenidən kütləvi etiraz aksiyaları keçiriləcək

Icma.az, Sia Az saytına istinadən bildirir.

Fransada dəmiryolçular və təsərrüfat işçilərindən sonra dövlət qulluqçuları, məktəblər, xəstəxanalar, energetika və hava yolları işçiləri də tətilə başlayır. Fransada 2025-ci il büdcə layihəsində qənaət tədbirlərinə qarşı çıxır, dövlət qulluğu üçün daha çox insan və maliyyə resursları tələb etmək üçün nümayişlər planlaşdırılır.

SİA xəbər verir ki, Fransada büdcə layihəsinin güc tətbiqi ilə qəbul edilməsi kritik vəziyyət yaradıb. Ölkədə fəaliyyət göstərən bütün həmkarlar ittifaqları və müxtəlif sektorlar üzrə işçiləri 2025-ci il büdcə layihəsini ləğv etmək, dövlət xidmətlərini müdafiə etmək üçün dekabrın 5-də tətilə çıxacaqlarını açıqlayıblar. Sabah məktəblər bağlanacaq və xeyli sayda təyyarə reysləri ləğv olunacaq.

Yeddi həmkarlar ittifaqının (CGT, CFDT, Unsa, FSU, Solidaires, CFE-CGC və FA-FP) çağırışı ilə Fransanın 160 şəhərində tətil olacaq. Fəhlə gücü (Force ouvriere-FO) həmkarlar ittifaqı dekabrın 10, 11 və 12-də üçgünlük tətilə çağırış edir.

Parisdə sabah yerli vaxtla saat 14:00-da Bersinin (Bercy Maliyyə, İqtisadiyyat və Vergi nazirliyi) qarşısına toplaşacaq nümayişçilər İtaliya meydanına doğru irəliləyəcəklər. Digər şəhərlərdə nümayişlərin yerli vaxtla səhər saat 10:00-da başlayacağı bildirilir.

Məktəblərdə ciddi pozuntular olacağı qeyd edilir. Milli Təhsil Həmkarlar İttifaqları hökumətin qəddar siyasətini pisləmək üçün kütləvi səfərbərliyə çağırırlar. Parisdə 650 məktəbdən 230-dan çoxu bağlanıb. Xəstəxanalar, administrasiyalar, vergi xidmətləri kimi bütün ictimai xidmətlərdə fasilələr olacağı bəyan edilib.

Nümayişçilər daha çox büdcə resursları, iş yerlərinin yaradılması, indeks bəndinin artırılması, hətta ümumi əməkhaqqı tədbirləri kimi tələblər səsləndirirlər. Böyük şəhərlərdə təyyarə reysləri ləğv olunub. Enerji sektorunda tətil çağırışı rəsmi olaraq bir gün əvvəl, dekabrın 4-də axşam saat 21:00-da başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri