Icma.az
close
up
RU
Fransadan daha bir anti demokratik addım...

Fransadan daha bir anti demokratik addım...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Fransada hüquq-mühafizə orqanları şəxsi toxunulmazlıq hüququnu kobul şəkildə pozurlar. Belə ki,  “Telegram”- ın həmtəsisçisi Pavel Durov Fransa polisini sözügedən sosial şəbəkədəki yazışmaları ələ keçirmək cəhdində ittiham edib. Durov öz “X” sosial şəbəkə hesabında qeyd edib ki, Fransa polisi “Telegram” - dakı şəxsi məlumatlara girişə məhdudiyyətlərin aradan qaldırılmasını təkid edir.  O, Fransa hüquq-mühafizə orqanlarının bu tələbini insan hüquqlarına zidd hesab edib - belə bir halın baş verəcəyi təqdirdə şəbəkəyə üzv olanların şəxsi mesajlarının təhlükə altına düşəcəyini bildirib: “12 illik tarixində “Telegram” heç vaxt bir bayt da olsun şəxsi mesajı açıqlamayıb. Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktına uyğun olaraq, etibarlı məhkəmə qərarı ilə təmin olunarsa, “Teleqram” cinayətdə şübhəli bilinən şəxslərin mesajlarını deyil, yalnız IP ünvanlarını və telefon nömrələrini açıqlayacaq. Heç bir ölkə azadlıqların yavaş-yavaş aşınmasından sığortalanmayıb. Hər gün bu azadlıqlar hücuma məruz qalır və biz onları müdafiə etməliyik,” - deyə Durov vurğulayıb. “Telegram” - ın həmtəsisçisinin bu sözləri bir daha Fransanın xislətini sübut etmiş oldu. Fransada insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasını artıq ekspertlər də etiraf edirlər. Heç bir hüquqi əsas olmadan vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi anti-demokratik addım kimi qiymətləndirilir. Bu, özünü demokratiyanın “tacı” hesab edən Fransanın Qərb dəyərlərini necə tapdaladığını aydın şəkildə sübut edir. Son doqquz ildə Parisdə və Fransanın bir sıra şəhərlərində keçirilən dinc aksiyaların zorla dağıdılması, sosial hüquqların məhdudlaşdırılması, Fransaya məxsus dənizaşırı regionlarda azadlıq tələb edənlərin repressiyaya məruz qalmaları, o cümlədən bu yaxınlarda  müxalif liderin həbsi və seçkilərdə iştirakının qadağan edilməsi və şəxsi məlumatlara girişə cəhd  Fransa hakimiyyətinin məqsədyönlü şəkildə insan hüquqlarını pozduğunu deməyə əsas verir. 

Məsələ ilə bağlı siyasi ekspert İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, son zamanlar Fransada insan hüquqlarının pozulması adi hala çevrilib:

“İndiki Fransa hakimiyyəti dəfələrlə anti-demokratik addımlar atıb. Bir çox dinc aksiyaların polis zorakılığı ilə dağıdılması, xüsusilə də Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsi və dənizaşırı regionlarda yerli xalqların əsarət altında saxlanılması, indi də şəxsi toxunulmazlıq hüququnun tapdalanmasına təşəbbüsün göstərilməsi - bütün bunlar insan hüquqlarının pozulmasının bariz nümunəsidir. Şəxsi məlumatlara girişə məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək şəxsi azadlıqlara hörmətsizlikdir. Xüsusilə qeyd edim ki, Fransada insan hüquqlarının pozulması və demokratik dəyərlərin tapdanması məhz Makron hakimiyyəti dövründə daha çox təsadüf edilir. Makrondan əvvəl Fransa barədə bu cür məlumatlara təsadüfi hallarda rast gəlmək olardı. Daxili və xarici siyasətdə buraxılmış kobud səhvlər, Qərbi-Mərkəzi Afrikada geostrateji mövqelərin itirilməsi və beynəlxalq səviyyədə nüfuzun zəifləməsi Makron hakimiyyətini irrasional addımlar atmağa vadar edir. Sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarına giriş təşəbbüsü bu addımlardan biridir. “Telegram”- a münasibət də bu siyasətin təzahürüdür. İndiki hakimiyyət belə hesab edir ki, “Telegram”-da istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməklə Rusiyanı asanlıqla ittiham edəcəklər. İnsan hüquqları baxımından, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, Fransa hakimiyyəti buna əks-mövqe nümayiş etdirir”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri