Fransalı müdafiəçi Liverpul dan ayrıla bilər
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul" heyətində ciddi dəyişiklik etməyə hazırlaşır. Sport24.az "Sky Sport"a istinadən xəbər verir ki, mersisayd təmsilçisi mərkəz müdafiəçisi İbrahima Konate ilə yollarını ayırmağa hazırlaşır.
Klub rəhbərliyi fransalı futbolçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparsa da, tərəflər ortaq məxrəcə gələ bilməyib. Bu səbəbdən 27 yaşlı müdafiəçinin mövsümün sonunda komandanı azad agent kimi tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, 2021-ci ilin yayında "RB Leyptsiq"dən transfer olunan Konate "Liverpul"un heyətində ümumilikdə 183 rəsmi matçda meydana çıxıb. O, bu müddətdə Mersisayd klubu ilə bir dəfə İngiltərə Premyer Liqasının, bir dəfə İngiltərə Kubokunun və iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 May 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















