Icma.az
close
up
RU
Fransanın çağırışı bölgədə sülh və sabitliyi pozan separatizmi canlandıra bilər POLİTOLOQ ŞƏRH ETDİ

Fransanın çağırışı bölgədə sülh və sabitliyi pozan separatizmi canlandıra bilər POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fransa Milli Assambleyasında qəbul olunan qətnamədə beynəlxalq ictimaiyyətə ünvanlanan və “erməni əhalisinin Artsaxa qayıtmaq hüququ” ilə bağlı irəli sürülən çağırış bölgədə sülh və sabitliyə ciddi şəkildə mənfi təsir göstərə bilər. Bu məsələyə beynəlxalq hüquq, regional reallıqlar və sülh prosesinin gedişi kontekstində yanaşmaq vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu çağırış beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir və ölkəmiz bu ərazilərdə tam suverenliyini bərpa edib: "Həmin ərazilərə kimlərin, hansı şərtlərlə qayıdacağı barədə qərar yalnız Azərbaycan dövlətinə məxsusdur. Xarici qüvvələrin bu məsələni siyasiləşdirməsi və birtərəfli şəkildə şərtləndirməsi Azərbaycanın daxili işlərinə açıq müdaxilədir və bu, bölgədə yeni gərginlik mənbələri yarada bilər. "Erməni əhalisinin Artsaxa qayıtmaq hüququ” ifadəsi bölgədə separatçı rejimin yenidən bərpası üçün zəmin yaratmaq niyyəti daşıyır. Unutmaq olmaz ki, uzun illər bölgədə qeyri-qanuni “Dağlıq Qarabağ rejimi” fəaliyyət göstərib və bu rejim regionda sülhün qarşısını alan başlıca faktorlardan biri olub. İndi həmin ideyanın “qaçqınların geri qayıtması” adı altında yenidən gündəmə gətirilməsi separatizmin canlanmasına yol aça bilər ki, bu da bölgə üçün çox təhlükəlidir. Bölgədə davamlı sülhün təmin olunması üçün əsas şərt Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın bərpa olunmasıdır.

Fransanın Milli Assambleyasının qəbul etdiyi kimi birtərəfli yanaşmalar isə əksinə, tərəflər arasındakı etimadsızlığı daha da dərinləşdirir. Bu cür bəyanatlar Ermənistan cəmiyyətində yanlış gözləntilər formalaşdırır, revanşist qüvvələrə əlavə stimul verir və nəticə etibarilə sülh gündəliyinə zərbə vurur. Həmin çağırış bölgədə artıq formalaşmaqda olan yeni təhlükəsizlik və əməkdaşlıq mühitinə də ziddir. Hazırda Azərbaycan öz ərazilərində bərpa-quruculuq işləri aparır, minlərlə azərbaycanlı köçkün evlərinə qayıdır. Bu proses davam etdiyi bir vaxtda beynəlxalq ictimaiyyət yalnız balanslı və tərəfsiz mövqe sərgiləyərək prosesə dəstək verməlidir. Əks halda, birtərəfli çağırışlar bölgədə qarşılıqlı ittihamları gücləndirir, etimad mühitini dağıdır və yeni qarşıdurma risklərini artırır.

Əslində, beynəlxalq ictimaiyyət bölgədə sabitliyi və sülhü təmin etmək istəyirsə, Ermənistana revanşist ritorikadan və əsassız ərazi iddialarından imtina etməsi üçün təzyiq göstərməli, onu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırmalıdır. Hər bir əhalinin öz doğma torpaqlarına qayıtmaq hüququ olsa da, bu, yalnız dövlətlərin suverenliyi çərçivəsində və qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər. Fransanın Milli Assambleyasında qəbul olunan bu qətnamə, əslində, sülh prosesini irəlilətmək əvəzinə, onu daha da mürəkkəbləşdirən addımdır. Bu kimi qərarlar bölgədə yeni qarşıdurmaların yaranmasına zəmin yaradır və real sülhə xidmət etmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri