Fransanın dənizaşırı bölgələrindən birində çikunqunya epidemiyasının alovlanması müşahidə olunur
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransanın dənizaşırı ərazilərindən birində - Reyunyonda - universitet xəstəxanasında çikunqunya (ağcaqanad dişləməsi ilə ötürülən virus xəstəliyi) epidemiyasının alovlanması səbəbindən fövqəladə "Ağ plan" tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reunion la 1ere” portalı məlumat yayıb.
Qeyd olunub ki, bu tədbir epidemiyanın alovlanması ilə mübarizə üçün "bütün insani və maddi resursları səfərbər etmək" məqsədi daşıyır.
Məlumata görə, Reyunyonda 17-23 mart tarixləri arasında təxminən 6 min yoluxma halı aşkarlanıb. 2024-cü ilin avqustundan bəri 20 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, iki nəfər ölüb.
Epidemiya daha çox adanın cənubunu vurub, lakin ekspertlər hesab edirlər ki, hələ pik həddə çatmayıb. Radiostansiyanın məlumatına görə, bu, aprelin ortalarına qədər gözlənilir.
"Ağ plan" tibb müəssisələrinə müəyyən əməliyyatları ləğv etməyə və ya tibbi personalı məzuniyyətdən geri çağırmağa imkan verir. Sonuncu dəfə bu plan 2022-ci ilin yanvarında COVID-19 epidemiyası zamanı tətbiq edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















