Icma.az
close
up
RU
Tramp Avropanı cəzalandırmaq istəyir Xaqani Cəfərli yazır

Tramp Avropanı cəzalandırmaq istəyir Xaqani Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

ABŞ Prezidenti Donald Trampın başlatdığı qlobal ticarət müharibəsinin səngiməyəcəyi, əksinə, getdikcə daha sərt xarakter alacağı ilə bağlı ehtimallar artır. Bu ehtimalı əsaslandıran iki əsas məqam var. Birincisi, Trampın qlobal ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi yeni tariflərə məruz qalan ölkələrin cavab tədbirləri görməsi ticarət müharibəsini dərinləşdirir. Çin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün mallara 34 faiz rüsum tətbiq edilməsi ilə bağlı qərar verib. Bu barədə Çin Dövlət Şurasının Tarif Komissiyası məlumat yayıb. Komissiyanın mətbuat üçün yaydığı açıqlamada ABŞ-ın hərəkətləri birtərəfli zorakılığın tipik nümunəsi kimi qiymətləndirir və Pekinin tətbiq etdiyi 34 faizlik rüsumun Trampın tariflərinə cavab olduğu qeyd edilir. Çinin cavab tədbirlərinə 34 faizlik rüsumla yanaşı, nadir torpaq metallarının ABŞ-a ixracını məhdudlaşdırması və Amerikanın 11 müdafiə şirkətini etibarsızlar siyahısına əlavə edilməsi də daxildir. 

ABŞ, Avropa İttifaqı və Çin dünya iqtisadiyyatının üç ən böyük gücü olduğu üçün qlobal ticarət müharibəsinin gələcəyi də Vaşinqton, Brüssel və Pekinin qərarlarından asılıdır. Çindən sonra Avropa İttifaqının da Trampın tətbiq etdiyi yeni tariflərə qarşı cavab tədbirləri görəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Brüsselin atacağı addım qlobal ticarət müharibəsini daha da dərinləşdirəcək.

Digər tərəfdən Trampın son açıqlamaları da bəşəriyyətin qlobal ticarət müharibəsinin başlanğıcında olduğunu göstərir. Tramp bəyan edib ki, Avropa hər il çox pul ödəməsə Brüsselə danışıqlar aparılmayacaq. Trampın açıqlamasının təəccüblü tərəfi isə ondan ibarətdir ki, ABŞ Prezidenti Avropanın həm də keçmişə görə pul ödəməsini istəyir. Belə görünür ki, Tramp sadəcə olaraq Avropanı cəzalandırmağa çalışır. Avropanın ABŞ-la çox pis rəftar etdiyi və amerikalı liderləri aldatdığı haqqında iddiasını yenidən təkrarlayan Tramp güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir: "Biz onların milyonlarla avtomobilini alırıq. Onlar isə bizim bir dənə də olsun avtomobilimizi almırlar. Bizim kənd təsərrüfatı məhsullarını almırlar. Heç nə almırlar. Avropa bizimlə çox pis davranır".

Əlbəttə, Trampın bu iddiası həqiqəti əks etdirmir. Məsələn, 2024-cü ildə ABŞ Avropa İttifaqı ölkələrinə təxminən 357 milyard avro dəyərində mal ixrac edib. Onu da nəzərə alsaq ki, Böyük Britaniyanın Avropa İttifaqına üzv olduğu 2014-cü ildə ABŞ-dan Avropaya 266 milyard avro dəyərində mal ixrac edildiyi halda, ötən il bu rəqəm 357 milyard avroya çatıb. Bu isə son 10 il ərzində Avropa İttifaqına ixarcatın 34 faiz artdığını göstərir. Lakin Tramp özünü bütün bunlardan xəbərsiz kimi aparmaqla yanaşı, israrlı şəkildə Avropa İttifaqının ABŞ-dan heç nə almadığını bəyan edir. Doğrudur, ABŞ Avropa İttifaqına ixrac etdiyindən daha çox, 584 milyard avroliq mal idxal edib. Ancaq bu Avropa mallarının rəqabətə davamlı və daha keyfiyyətli olması ilə bağlıdır. 

Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejourne bildirib ki, Brüssel Trampın tarif siyasətinə cavab olaraq Amerika şirkətlərini Avropada dövlət satınalmalarından kənarlaşdırmaq qərarına gələ bilər. Avstriyanın iqtisadiyyat naziri Volfqanq Hattmannsdorfer isə Trampın tariflərinə cavab olaraq ABŞ-nin respublikaçı ştatlarına qarşı məhdudlaşdırıcı tədbirlər görməyi təklif edir. Avstriyalı nazir hesab edir ki, bu addım Trampı danışıqlara vadar edə biləcək tədbir ola bilər. Avstriyalı nazirin respublikaçı ştatların hədəf kimi seçilməsi təklifi təsadüfi deyi. Tramp Respublikaçılar Partiyasını təmsil edir və respublikaçı ştatların hədəf seçilməsi Tramp administrasiyasının xalq arasında dəstəyini azalda və mövqelərini zəiflədə bilər. İqtisadiyyat nazirin belə sərt mövqeyi əsassız deyil. Avstriya Qabaqcıl Tədqiqatlar İnstitutunun (IHS) ilkin hesablamalarına görə, Trampın tarifləri 2025 və 2026-cı illərdə Avstriyanın iqtisadi artımını təxminən 0.2 faiz azaldacaq.

Trampın Avropa İttifaqına qarşı sərt mövqeyinə qarşı Vaşinqtonda etirazlar səslənməyə başlayır. Trampın Avropaya yönəlik tarif siyasətinə qarşı çıxanlardan biri də ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskdır. ABŞ-nin ən varlı adamı olan Mask Trampın siyasətinə zidd olaraq Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında azad ticarət zonasının yaradılmasının tərəfdarıdır. Belə bir təkliflə İlon Mask videobağlantı vasitəsilə qatıldığı İtaliyada keçirilən "Liqa Konqresi"nə müraciəti zamanı çıxış edib. Mask ABŞ-la Avropa İttifaqı arasında azad ticarət zonasının yaradılmasını və sıfır tarif siyasətinə keçilməsini təklif edib.

"Financial Times" nəşrinin məlumatına görə, Amerikanın aparıcı şirkətlərinin rəhbər şəxsləri də Trampın tarif siyasətinin yumşaldılmasını istəyirlər. Lakin onlar Ağ Evin cavab tədbirlərindən qorxduqları üçün dövlət başçısının qərarını açıq şəkildə tənqid etməkdən çəkinirlər. İlon Maskın Avropa İttifaqı ilə azad ticarət zonası yaradılması və sıfır tarif siyasəti təklif etməsi amerikalı iş adamlarını hərəkətə gətirə bilər.

Trampın tərəfdarlarından və sponsorlarından biri, "Continental Resources" neft-qaz şirkətinin rəhbəri Harold Hemm bildirib ki, o, prezidentin ABŞ-da istehsalın dirçəldilməsinə yönəlmiş siyasətini dəstəkləyir. Bununla belə, o, bu tədbirlər nəticəsində karbohidrogen qiymətlərinin rekord dərəcədə aşağı düşməsinin sənayeyə mənfi təsir göstərə biləcəyindən narahat olduğunu bildirib.

Tramp özü də prosesin asan olmayacağını anlamağa başlayıb və çətin anların olacağı ilə bağlı xəbərdarlıq edib. Tramp bildirib ki, bu iqtisadi inqilabdır və asan olmayacaq: "Lakin son nəticə tarixi olacaq".

Siyasi təhlilçilər Trampla yanaşı, vitse-prezidenti Ceyms Devid Vensin də Avropaya qarşı sərt mövqe tutduğuna diqqət çəkərək, Ağ Evin Avropanı cəzalandırmaq siyasətini davam etdirəcəyini ehtimal edirlər. Əlbəttə, Tramp onu dəstəkləyən böyük şirkətlərin rəhbərlərinin mövqelərini nəzərə almaq məcburiyyətində qala bilər. Ancaq Tramp administrasiyasının Avropaya qarşı mənfi münasibətini dəyişmək çox çətin olacaq. Avropa İttifaqının Kanada və Çinlə daha da yaxınlaşması isə Trampı daha sərt hərəkət etməyə sövq edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri