Icma.az
close
up
RU
525ci qəzet NATOnun yeni müharibə səbəbi Xaqani Cəfərli yazır

525ci qəzet NATOnun yeni müharibə səbəbi Xaqani Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

Qərbin ən güclü üç kəşfiyyat xidmətindən biri hesab olunan Almaniya Federal Kəşfiyyat Xidmətinin (Bundesnachrichtendienst, BND) prezidenti Bruno Kahl bəyan edib ki, Rusiyanın Qərb ölkələrində başlatdığı hibrid müharibə NATO-nu Alyansın Nizamnaməsinin 5-ci maddəsinə müraciət etmək barədə düşünməyə vadar edə bilər. Bu bəyanatla Bruno Kahl Almaniya Xarici Əlaqələr Şurasının konfransında çıxış edib. Məlum olduğu kimi, 5-ci maddə NATO üzvlərindən birinə xarici müdaxilə olacağı halda Alyansın bu müdaxiləyə kollektiv cavab verməsini nəzərdə tutur.

Bütün dünyada 300 rəsmi şöbəsi olan BND-nin rəhbərinin fikrincə, bu onilliyin sonuna qədər Rusiyanın NATO-ya hücum etmək iqtidarında olacağı gözlənilir. Bruno Kahl bildirib ki, Rusiya NATO-ya üzv ölkələrə qarşı kiberhücumlara, sualtı kabellərin və qaz kəmərlərinin zədələnməsinə qədər düşmənçilik əməliyyatları həyata keçirir.

BND-nin rəhbəri ilə yanaşı, Böyük Britaniyanın MI5 Əks-kəşfiyyat Xidmətinin baş direktoru Ken Makkallum da Rusiyanın Britaniya və Avropada xaos yaratmağa çalışdığı qənaətindədir.

Böyük Britaniyanın məşhur MI6 Məxfi Kəşfiyat Xidmətinin rəhbəri Riçard Mur da hesab edir ki, Rusiya Qərbi qorxutmaq və Ukraynaya yardımı dayandırmaq üçün Avropa qitəsinin bütün ölkələrində təxribat təşkil edir.

Fransanın əks-kəşfiyyat idarəsi olan Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Nikolas Lerner Rusiyanın Ukraynaya qarşı müharibəsinin bütün Avropanın kollektiv təhlükəsizliyini təhdid etdiyi qənaətindədir.

Çexiyanın xarici işlər naziri Yan Lipavski NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl bildirib ki, bu il Avropada 500 şübhəli insident qeydə alınıb. Yan Lipavski hesab edir ki, həmin insidentlərdən yüzü Rusiyanın hibrid hücumlarının, casus hərəkətlərinin və təsir əməliyyatlarının nəticəsi ola bilər.

NATO-nun baş katibi Mark Rutte Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısından öncə keçirdiyi brifinqdə bildirib ki, son illər Rusiya və Çin təxribat, kiberhücumlar və enerji şantajı yolu ilə NATO ölkələrində sabitliyi pozmağa çalışıb. Şimali Atlantika Alyansının rəhbəri bəyan edib ki, NATO Rusiya və Çini Qərbin olmadığı dünyanın hər hansısa bir bölgəsinə çinlilərin və rusların qarışmasına imkan verməyəcək. Bu o deməkdir ki, NATO Çin və Rusiya ilə bütün dünyada mübarizə aparmaq qərarı verib.

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin dekbarın 3 və 4-də Brüsseldə keçirilən iclasının əsas müzakirə mövzusu da Rusiyanın yaratdığı təhdidlər olub. Alyansın baş katibi Rusiyanı Şimali Koreyanın raket və nüvə proqramlarını dəstəkləməkdə ittiham edərək bildirib ki, Moskva bununla BMT-nin sanksiyalarını pozur. Mark Rutte hadisələrin bu cür inkişafının Koreya yarımadasındakı sabitliyi poza biləcəyini qeyd edərək, Moskvanın bu addımlarının ABŞ üçün də təhdid yarada biləcəyini qeyd edib. Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, Pxenyan rejiminin NATO-nun regional tərəfdaşları olan Cənubi Koreya və Yaponiya ilə yanaşı, Avropa və hətta ABŞ-a qarşı raket hücumları həyata keçirməsi riski var.

Qərbdə əmindirlər ki, Rusiya BMT-nin sanksiyalarını pozaraq Şimali Koreyaya silah və əsgər müqabilində bir milyon barel neft göndərib. Halbuki BMT sanksiyası ilə Şimali Koreyanın il ərzində 500 min bareldən artıq neft alması qadağan edilib. Böyük Britaniyanın "The Times" qəzetinin Qərb kəşfiyyatındakı mənbələrinə istinad edərək yazıb ki, bu il Şimali Koreya Rusiyaya təxminən 3 milyon mərmi verib. Bu da Rusiya ordusunun Ukraynaya qarşı müharibədə il ərzində istifadə etdiyi bütün döyüş sursatının yarısıdır. Qərbdə hesab edirlər ki, Şimali Koreyanın bu yardımı olmasaydı, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirməkdə ciddi problemlərlə üzləşərdi. Cənubi Koreya kəşfiyyatı və ABŞ-nin Müdafiə Nazirliyi Pxenyan rejiminin Rusiyaya dəstək üçün 12 min koreyalı əsgər göndərdiyi haqqında Ukrayna kəşfiyyatının məlumatını təsdiq ediblər. ABŞ Dövlət Departamenti koreyalı əsgərlərin noyabr ayından hərbi əməliyyatlarda iştirak etdiyi qənaətindədir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Moskva hər bir hərbi qulluqçu üçün Pxenyana 2 min dollar ödəyir. Brüsseldə hesab edirlər ki, Rusiya ilə Şimali Koreya arasında bu yaxınlaşma Alyansa üzv ölkələrin və onların müttəfiqlərinin təhlükəsizliyi üçün ciddi təhdiddir.

Bütün bu təhlükələrə, xüsusilə də hibrid hücumlara qarşı NATO-nun mübarizə strategiyasının hazırlanması Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iki günlük toplantısının əsas müzakirə mövzusu olub. NATO-nun rəhbərliyi və üzv ölkələrin xarici işlər nazirlərinin ümumi fikiri belədir ki, hibrid hücumlar da bundan sonra 5-ci maddənin tətbiqi üçün əsas ola bilər. Bu isə o deməkdir ki, NATO-ya üzv ölkələrdən birinə qarşı istənilən təxribat və kiberhücum müharibə səbəbinə çevrilə bilər.

Ekspertlər hesab edirlər ki, Rusiya ilə NATO arasındakı bu gərginlik böyük müharibə ehtimalın kəskin artırır. Elə bir vəziyyət yaranıb ki, təsadüfi və yaxud ehtiyatsızlıqdan baş verən istənilən bir hadisə müharibəyə səbəbi ola bilər. Yaxın Şərq, Baltik və Qara dənizdə Rusiya ilə NATO ölkələri arasında da rəqabətin qarşıdurma mərhələsinə keçməsini də yuxarıda ifadə olunanlara əlavə etsək, gərginliyin partlayış həddinə çatdığını görmək olar. Vəziyyət elə bir həddə çatıb ki, gərginlik Moskva və Brüsseldən asılı olmayaraq artır. Gərginliyin səngiməsini gözləmək isə sadəlövhlük olardı. Hər kəsə aydındır ki, Qərbin nəzərində Rusiya şər dövləti, Rusiyanın nəzərində isə Qərb bütün fəlakətlərin baiskarıdır. Belə demək olar ki, Rusiya ilə Qərb arasında rəqabət mifoloji xarakter alıb. Bu vəziyyət isə hətta soyuq müharibə illərində də müşahidə olunmayıb. Soyuq müharibə dövründən fərqli olaraq indi vəziyyəti tərəflərdən birinin geri addım atması da yumşalda, gərginliyi aradan qaldıra bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri