Icma.az
close
up
RU
525ci qəzet Bölünmüş Suriyanın yenidən bölüşdürülməsi Xaqani Cəfərli yazır

525ci qəzet Bölünmüş Suriyanın yenidən bölüşdürülməsi Xaqani Cəfərli yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaqani CƏFƏRLİ

Məhəmməd Buəzizin adlı tunislinin işsizliyə və yoxsulluğa etiraz olaraq özünü yandırması ilə Yaxın Şərqdə başlayan "Ərəb baharı" bu coğrafiyada bir neçə dövlətin mövcudluğunu formallığa çevirən faciələrə yol açdı. Suriyada 2011-ci ildə vətəndaş qarşıdurması kimi başlayan hadisələr tədricən Bəşər Əsəd rejiminə qarşı üsyana, ardınca vətəndaş müharibəsinə və daha sonra məzhəb savaşına çevrildi. "Hər kəsin hər kəsə qarşı müharibəsi" kimi tərif edilən bu savaşın sonunda Suriya bütövlüyünü yalnız kağız üzərində saxlayaraq bir neçə təsir və nəzarət dairəsinə bölündü. Bu bölgünün təminatçıları kimi çıxış edən dövlətlərdən hər hanısa birinin zəifləyəcəyi və təsirinin azalacağı halda Suriyada kövrək sülhün pozulacağı və ölkənin yenidən bölüşdürülməsinə cəhd ediləcəyi ilə bağlı ehtimallar, xəbərdarlıqlar isə gerçəkləşməyə başlayıb.

Rusiyanın Ukraynada, İranın Qəzza və Livanda böyük güc itkisi verməsi ilə Bəşər Əsəd rejiminin dayaqlarının daha da sarsılmasının Suriyadakı təsir və nəzarət dairəsinin təftişində maraqlı olan qüvvələri hərəkətə gətirəcəyi gözlənilən idi. Digər tərəfdən Bəşər Əsəd rejimini iqtidarda saxlayan Rusiya ilə İran arasında rəqabət, iqtisadiyyatın dağılmasının qarşısının alınmaması və sosial böhranın fəlakətlə həddinə çatması Suriyada kövrək sülhün pozulmasını qaçılmaz edirdi.

Suriyadakı prosesləri yaxından izləyən təhlilçilər "Həyat Təhrir əl-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colaninin bölgədəki radikal islamçı qüvvələri və regionda marağı olan dövlətləri yeni prosesə hazırlaşmağa inandırmağa nail olduğunu dəfələrlə qeyd ediblər. İki il öncə ABŞ Xüsusi Təyinatlı Birliklərinin Ətmə əməliyyatı nəticəsində İŞİD lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin öldürülməsindən sonra radikal islamçılar arasında vahid liderə çevrilən Əl-Colani başçılıq etdiyi "Həyat Təhrir əl-Şam" qruplaşmasını nizami ordu sisteminə çevirərək hərbi iyerarxiyaya uyğun bölünməsini təmin etməklə döyüş qabiliyyətini kəskin artırmağa nail olmuşdu. Əl-Colanin öz döyüşçülərinə Suriyadakı digər qruplaşmalardan dəfələrlə çox, 150-250 dollar (dollarla ödənilir) maaş verməsi, vaxtaşırı ərzaq payı və onların ailələri üçün sosial yardımlar təşkil etməsi, həmçinin digər vilayətlərdən olan suriyalı qaçqınların İdlibdəki düşərgələrdə yerləşdirməsi yerli əhalinin "Həyat Təhrir əl-Şam" qruplaşmasına və onun rəhbərlik etdiyi Şura Hökumətinə inamını artmışdı. Məlumatlara görə, Əl-Colani son bir neçə ildə regionda marağı olan güclərin də rəğbətini qazanaraq təxminən 100 min nəfərlik yaxşı silahlandırılmış hərbi qüvvə yarada bilib.

"Həyat Təhrir əl-Şam" qruplaşmasının son günlər Suriya dövlətinin rəsmi hərbi birliklərinə və İranın bölgədəki qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlarda sürətli uğur qazanmasının əsas səbəblərindən biri də budur. Suriyanın ikinci ən böyük şəhəri olan Hələb də daxil olmaqla Hələb və İdlib əyalətlərində 550 kvadratkilometr ərazini əhatə edən 70-dən çox yaşayış məntəqəsini nəzarətə götürən "Həyat Təhrir əl-Şam" qruplaşması ölkənin cənubuna döğru irəliləməyə çalışır.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Suriyadakı iranlı müşavirlərin komandiri Kiyumars Pürhaşiminin döyüşlərin birində öldürülməsi də qüvvələr nisbətinin dəyişdiyini göstərir. Qüvvələr nisbətinin ciddi dəyişdiyi Suriyada təsir və nəzarət dairələrinin dəyişməz qalacağına ümid etmək sadəlövhlük olardı. Suriyada baş verən son hadisələrlə bağlı dövlətlərin mövqeyini araşdırkən bu olayların yalnız Rusiya və İran üçün "sürpriz" olduğu görünür. Əgər belə olmasaydı, Suriyadakı iranlı müşavirlərin komandiri Kiyumars Pürhaşiminin döyüş meydanında öldürülməz, rusiyalı hərbçilər əsir düşməzdi. Məlumatlara görə, Bəşər Əsədin hökumət qüvvələrini dəstəkləyən Rusiya birlikləri "əhəmiyyətli itkilər" verib. Suriyadakı Rusiya hərbi qrupunun komandiri, general-leytenant Sergey Kiselin vəzifəsindən azad edilərək təqaüdə göndərildiyi haqqında məlumatlar "Həyat Təhrir əl-Şam" qruplaşmasının "ildırımsürətli" hücumunun Moskva üçün sürpriz olduğunu təsdiqləyir. Suriyada qüvvələr nisbətinin kəskin dəyişməsini özünün maraqları üçün ciddi təhlükə hesab edən Moskva Suriyadakı hərbi qüvvələrinin komandanını dəyişməklə yanaşı, Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyevi də Suriyaya, Tartusdakı hərbi dəniz bazasına göndərib.

İranın rəsmi qurumlarının və şəxslərinin açıqlamaları da onu göstərir ki, Suriyada baş verənlər Tehran üçün də sürpriz olub. Baş verən hadisələri ABŞ-nin Qərbi Asiya regionunda sabitliyi pozmaq üçün həyata keçirdiyi bədnam planının bir hissəsi kimi qiymətləndirən İran rəsmi qurumlarının Astana prosesinin qarantı olan üç ölkə (İran, Türkiyə və Rusiya) arasında mövcud razılaşmaya əsasən, Hələb və İdlibin deeskalasiya zonası olduğunu vurğulaması üzləşdiyi sürpriz qarşısında Tehranın nə edəcəyini bilmədiyini göstərir. Tehranda çox yaxşı bilirlər ki, "Quran oxumaqla donuz darıdan çıxmaz". Ancaq indiki halda Tehranın zopaya əl atmaq imkanı çox olmadığı üçün əsas gücü diplomatik fəaliyyətə verib. İranın xarici işlər naziri Abbas Araqçı Dəməşqə səfər edərək Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Daha sonra Ankaraya səfər edən Abbas Araqçı türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb. Türkiyənin xarici işlər naziri Hakan Fidanın mətbuat konfransında səsləndirdiyi fikirlər Ankara ilə Tehranın Suriyada baş verənlərə fərqli yanaşdığını göstərir. İran Xarici İşlər Nazirliyi Suriyada baş verənləri ABŞ-nin bölgə dövlətlərinin sabitliyini pozmaq planın tərkibi adlandıraq xarici faktorla izah etdiyi halda, Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Suriyadakı böhranı yalnız xarici müdaxilələrə bağlamaq, məsələdən xəbərsiz insanlar üçün "sığınacaq"dır. Hakan Fidan baş verən hadisələri Suriyada problemlərin həll olunmamasının, müxalifətin diqqətdən kənarda qalmasının və mülki şəxslərə hücumların nəticəsi adlandırıb.

Bütün bunlar onu göstərir ki, bölünmüş Suriya yenidən bölüşdürülür. Suriyadakı qüvvələr nisbətinin, təsir dairələrinin noyabrın 27-dən əvvəlki halına qayıtması isə mümkün deyil. Əksinə, Suriyanın əvvəlki bölgüsü ilə razı olmayan güclər və qruplaşmalar yeni mövqe qazanmağa çalışırlar. Suriyanın bundan sonra vahid, unitar dövlət olmayacağını isə birmənalı söyləmək olar. Beş il əvvəl İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanıyan Tramp Suriyanın bütövlüyünü tanımadığını bir dəfə artıq nümayiş etdirib. Zaman-zaman öz vətəndaşlarına qarşı kütləvi qətliamlar keçirən bir ölkənin ərazi bütövlüyü anlayışının özü də ədalətə ziddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see125

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see122

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see119

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see110

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see110

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see110

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see110

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see110

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see110

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see110

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri