Fransanın nüvə aviadaşıyıcısında yanğın baş verib
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, hadisə gəmi Tulon hərbi-dəniz bazasında texniki xidmətdə olarkən baş verib.
"Gəminin heyəti dərhal yanğının söndürülməsinə başlayıb", - deyə nəşr Aralıq dənizi zonasının dəniz prefekturasının məlumatına istinadən yazıb.
Tulon bazasının yanğınsöndürənləri də hadisə yerinə cəlb olunublar. Yanğın lokallaşdırılıb və təxminən 1 saat 15 dəqiqə ərzində tamamilə söndürülüb.
Yanğın aviasiya anqarının yaxınlığında yerləşən texniki sahədə baş verib. Gəmi avqustun sonundan dekabrın əvvəlinədək texniki xidmət üçün öz limanında körpüdə saxlanıldığından, anqarda aviasiya texnikası olmayıb.
Dəniz prefekturası yanğının ehtimal olunan səbəbinin qaz odluğundan istifadə edilməklə metal kəsmə işlərinin aparılması olduğunu bildirib. Hazırda qəza briqadaları Marseldən gələn dəniz yanğınsöndürənləri batalyonunun dəstəyi ilə hadisə yerində işlərini davam etdirirlər.
Prefektura həmçinin bildirib ki, xəsarət alan olmayıb və gəminin nüvə qurğularına hər hansı təsir qeydə alınmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəzet xatırladır ki, "Şarl de Qoll" bu ilin yayına qədər Yaxın Şərqdə münaqişənin genişlənməsi təhlükəsinin qarşısını almaq məqsədilə Aralıq dənizinin şərq hissəsində olub.
Baxış sayı:98
Bu xəbər 05 Oktyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















