Icma.az
close
up
RU
Fransanın saxta demokratiyası: müstəmləkəçilik siyasəti və dünyaya yenidən nüfuz etmək arzusu

Fransanın saxta demokratiyası: müstəmləkəçilik siyasəti və dünyaya yenidən nüfuz etmək arzusu

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dünyada Avropanın iqtisadi baxımdan güclü dövlətləri bu və ya digər regionlara müdaxilə edərək öz siyasi maraqlarını güdür və bunu “demokratiya” adı altında həyata keçirir. Bəs, Avropanın Fransa kimi dövləti bu gücü və iqtisadi qüdrəti haradan alıb? Bu sualı cavablandırmaq üçün Fransanın tarixi boyu həyata keçirdiyi müstəmləkəçilik siyasətinə nəzər salmaq lazımdır. Böyük qitələrdə yaşayan xalqları istismara məruz qoyaraq varlanmaq və həmin var-dövləti bu gün yenə də kolonializm siyasətini davam etdirmək üçün xərcləmək heç bir dövlətə başqalarına demokratiya dərsi keçmək haqqı vermir.

Amerika Birləşmiş Ştatlarının Milli Coğrafiya Cəmiyyətinin hesabatına görə, Fransa 200 il ərzində nəinki Afrika qitəsinin təbii sərvətlərini mənimsəyib, eləcə də quldarlıqla məşğul olub. Fransa hərbçiləri Afrikada 1,4 milyon insanı qul kimi satıb. Cəmiyyət arxiv sənədlərinə istinadla bildirib ki, gəmilərlə Amerika və Avropaya daşınan qulların 15 faizi yolda acından ölüb. XIX əsrdə Fransa limanlarına “insan yükü” ilə dolu 1800 gəmi lövbər atıb. Bordo limanına 480 gəmi ilə 150 min, Qvard limanına 240 gəmi ilə 70 min, Nant limanına 256 gəmi ilə 166 min qul gətirilib. Fransanın maliyyə naziri Jan Batist Kolbertin hazırladığı “Qara kodeks”də Afrikadan gətirilən qullar insan deyil, əşya kimi qeyd edilirdi. Kodeksdə “bir nəfər” deyil, “bir ədəd” qul yazılırdı.

Sərvətlərin talanması və ucuz işçi qüvvəsi Fransanın “Bollero”, “Şnayder Elektrik”, “Perno Rikar”, “Laqarder Qrup”, “L.Oreal” kimi dünya miqyaslı iri şirkətlərinin meydana çıxmasına səbəb oldu. Bu şirkətlərin istehsal etdiyi məhsullarda minlərlə afrikalının qan izləri var.

Afrika ölkələrində Fransanın qəddarlığına qarşı baş qaldıran üsyanlar xüsusi amansızlıqla yatırılırdı. Belə ki, 1921-1926-cı illərdə Mərakeşin müxtəlif şəhərlərində etiraz edən 100 min insan qətlə yetirildi. 1925-1926-cı illərdə Suriyada 6 min, Çadda 7 min, Madaqaskarda isə 80 min insan öldürüldü. İngilis yazıçı və səyyah Cozef Redyard Kiplinq “Fransızlar Afrikada” kitabında yazır ki, fransız əsgərlərin Afrikadakı qəddarlığı son həddə çatıb. Xüsusilə 1945-ci ildə Əlcəzairin Setif və Helma şəhərlərində keçirilən əməliyyatları qeyd etmək lazımdır. Bu şəhərlərdə faşizm üzərində qələbənin qeyd edilməsi zamanı 45 min insan qətlə yetirildi. İnsanlar qələbəni bayram etmək üçün meydanlara toplaşdılar. Lakin onlar üçün fransızlar daha qəddar düşmən idilər. İnsanlar “Fransa zülmünə son” şüarı qışqırandan sonra qırğın başladı. Fransa əsgərləri qoca, qadın, uşaq demədən hamını güllələdilər. Hadisələrdən sonra repressiya dalğası başladı, aksiya iştirakçılarının dostları və qohumları da heç bir günahı olmadan həbs edilərək zülmə məruz qaldılar.

Fransanın müstəmləkə siyasəti Afrika və Asiya ölkələrinin ekologiyasına da güclü zərbə vurub. 1960-1990-ci illərdə Fransa ordusu Əlcəzair və Polineziya ərazisində 210 dəfə nüvə bombası sınağı keçirib. Nəticədə vəhşi heyvanların populyasiyası 70 faiz azalıb ki, bu da təbiətə vurulan ən güclü zərbə olub.

Afrikanın Fransa tərəfindən mənimsənilən mədəni və tarixi nümunələri bu gün Parisdəki Luvr muzeyində nümayiş olunur. Fransa tarixçiləri Benedikt Savua və Flavin Sarranın 2018-ci ildə hazırladıqları hesabata əsasən, Afrika xalqlarının milli mədəniyyət və incəsənət nümunələrinin 90 faizi Luvr və Branli muzeylərində saxlanılır. Fransa təkcə Afrikada deyil, digər ölkələrin ərazisində də tarixi abidələri və mədəniyyət nümunələrini mənimsəyib, sadə dillə desək, oğurlayıb. Bu tarixi abidələrin geri qaytarılması üçün bu gün Avstraliya, Qazaxıstan, Əlcəzair, Efiopiya, Nepal, Seneqal, Mali, Madaqaskar və digər dövlətlər Fransa qarşısında tələb qoyublar.

Bütün bunları nəzərə alaraq, Ermənistanın həyata keçirdiyi xarici siyasətə təəssüf etməmək olmur. Ermənistan hakimiyyəti elə düşünür ki, dünyanın ən demokratik dövlətlərindən biri olan Fransa bu ölkəyə hərbi, siyasi və iqtisadi yardımlar göstərərək, rəsmi İrəvanı da dünya birliyinə inteqrasiya edəcək. Nikol Paşinyan hakimiyyəti ayaqda qalmaq üçün Fransaya sığınıb və ondan siyasi, hərbi, iqtisadi yardımlar alaraq hakimiyyətinin müddətini uzadır. Lakin 40-50 ildən sonra erməni xalqı özünə məxsus mədəni və tarixi nümunələri Parisin tanınmış muzeylərində görsə, heç də təcüblənməsin.

Fransanın kolonial siyasətində əsarət altında qalan xalqların hərbi məqsədlər üçün də istifadə olunması faktları da məlumdur. Bu ölkə 1701-1714-cü illərdə əlcəzairlilərdən ibarət 400 minlik ordu yığaraq Böyük Britaniyaya qarşı müharibədə istifadə edib. Paris Universitetinin professoru, tarixçi-alim Süre-Kanal Jan “Mərkəzi və Qərbi Afrika” kitabında yazır ki, Birinci Dünya müharibəsində Fransa ordusunun 85 faizini koloniya ölkələrinin xalqlarının təşkil edirdi. Onların sayı 90 mindən çox idi.

Bu gün Fransanın geosiyasi üstünlük əldə etmək üçün erməniləri Rusiyaya qarşı qaldırmağa çalışması tarixi siyasi ənənənin davamı kimi qiymətləndirilir. Ermənistanın anti-Rusiya siyasətinin arxasında da məhz Fransa dayanır. Bu ölkənin Prezidenti Emmanuel Makron ölkəsinin Cənubi Qafqaz regionuna nüfuz edib burada hökmranlıq etmək istiqamətində addımlar atır. Rəsmi İrəvan da başa düşür ki, regionda istər iqtisadi, istərsə də hərbi baxımdan ən güclü dövlət olan Rusiyaya qarşı çıxmaq onun iqtidarında deyil. Lakin buna baxmayaraq, Rusiyaya qarşı çıxış etməsi təsadüfi xarakter daşımır. Çünki Fransa N.Paşinyan hökumətinə dəstək verir.

Vaxtilə Afrikada “Fransafrik” siyasəti həyata keçirən rəsmi Paris indi də “Frankofoniya” siyasətini reallaşdırır. Adlar dəyişsə də, siyasi məzmun dəyişməyib. Azərbaycana təzyiq və Ermənistana himayədarlıq etsə də, Fransa geosiyasi vəziyyətin dəyişdiyini deyəsən nəzərdən qaçırıb. Azərbaycan uzun illər boyu imperiya tərkibində qalıb və bunun nə olduğunu yaxşı bilir. Xalqımız XX əsrin sonlarında qanı bahasına müstəqilliyini bərpa edib və bu gün Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini hər bir amildən uca tutaraq dövlətin inkişafına daha çox diqqət ayırır. Hakimiyyəti milli maraqlardan üstün tutan N. Paşinyan kimi “siyasi xadimlər” isə hələ də arxalana biləcəkləri dayaq axtarırlar. Geosiyasi mübarizələrdə belə saxta dayaqlar tez tapılır. Fransanın Ermənistana dayaq olması buna bariz nümunədir. Bu gün region ölkələrində silahlı toqquşmalara, qeyri-sabit vəziyyətin hökm sürməsinə, iqtisadi çətinliklərə nəzər saldıqda, Azərbaycanın inkişafı diqqəti cəlb edir. Bütün bunlar ölkəmizin geosiyasi oyunlara girib böyük dövlətlərə yarınmaq istəməməsinin və müstəqil siyasət yürütməsinin nəticəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri