Fransanın xarici ticarət kəsiri 6,7 milyard avroya çatıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris, 10 sentyabr, AZƏRTAC
Fransanın xarici ticarət kəsiri iyul ayında daha 900 milyon avro artaraq 6,7 milyard avroya çatıb. Gömrük xidməti bu göstəricinin əsas səbəbini idxalın artması ilə əlaqələndirir.
AZƏRTAC xəbər verir ki, iyul ayında Fransanın idxalı 61,3 milyard avro təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 1,1 milyard avro artım deməkdir. Artım əsasən nəqliyyat vasitələri və avadanlıqlarının tədarükünün 700 milyon avroya çatması ilə bağlı olub. İxrac isə daha məhdud artaraq 54,7 milyard avroya yüksəlib. Gömrük xidmətinin məlumatına görə, ixrac cəmi 200 milyon avro artıb.
Ticarət balansında xüsusilə avtomobil sənayesi məhsullarının, daha az dərəcədə isə aviasiya və kosmik sənaye məhsullarının idxalının artması diqqət çəkib. Beləliklə, iyul ayının göstəriciləri Fransanın idxal və ixrac arasındakı fərqinin yenidən genişləndiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Sentyabr 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















