Icma.az
close
up
RU
Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb AzPolitika onlayn siyasiictimai qəzet

Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Martin Ryan tərcüməçi və müdafiəçi ilə təmin edilib. Həmçinin Martin Ryan şüşə qəfəsdən çıxarılaraq tərcüməçisinin yanında əyləşdirilib.

Məhkəmədə Fransa və Böyük Britaniyanın səfirliklərinin nümayəndələri də iştirak edib.

Hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Martin Ryan 25 aprel 1988-ci ildə Klermon-Ferran şəhərində anadan olub, ali təhsillidir. Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə üzrə bitirib. O, əvvəllər məhkum olunmayıb və subaydır.

Azərbaycanda sahibkarlıqla məşğul olub. Azərbaycana xaricdən şərab tədarük edib.

Məhkəmədə o da qeyd edilib ki, Martin Ryan Fransa vətəndaşı olmaqla yanaşı, Böyük Britaniyanın da vətəndaşıdır.

Martin Ryanla birgə həbs edilən Azad Məmmədlinin də anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, Azad Məmmədli 1995-ci il anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. Magistr təhsilini isə Fransada alıb.

Azad Məmmədli 2019-2023-ci illərdə Beynəlxalq Bankın hüquqşünası olub, daha sonra Böyük Britaniyaya köçərək orda çalışıb. Azərbaycana qayıdandan 2 ay sonra həbs edilib.

Azad Məmmədlinin vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Martin Ryanın vəkili isə cinayət işinin açıq məhkəmə iclası ilə baxılmasını istəyib: "Həm vəkil, həm də Azərbaycan vətəndaşı kimi bu cinayət işinin açıq məhkəmə iclasında baxılmasının tərəfdarıyıq. Əgər qapalı proses olsa müvəkkilimin vətəndaşı olduğu ölkənin nümayəndələrini iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir".

Məhkəmə baxışı 2025-ci ilin yanvarın 6-na təyin edilib.

Məhkəmə iclası açıq məhkəmə baxışında baxılacaq. A.Məmmədlinin vəkilinin ev dustaqlığı ilə bağlı verdiyi vəsatət təmin edilməyib.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Dekabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri