“Amin Mərdəkanski”ni öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə "Amin Mərdəkanski" kimi tanınan Amin Xudaverdiyevi qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin məhkəməsi başlayıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
O, tərcümeyi halını səsləndirərkən ali təhsilli olduğunu, Polis Akademiyasını bitirdiyini deyib.
Məhkəmə cinayət işinin baxışa verilməyi barədə qərar qəbul edib.
Növbəti proses yanvarın 13-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2024-cü il avqustun 7-də baş verib.
Rəsmi məlumata görə, 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Mərdəkan çimərliyində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürdüyü məlum olub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















