Icma.az
close
up
RU
Fransız Polineziyası Parisə yox deyir Ada müstəqil olmaqda israrlıdır

Fransız Polineziyası Parisə yox deyir Ada müstəqil olmaqda israrlıdır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kolo­nializm, yaxud müstəmləkəçilik onu həyata keçirən ölkələrin tarixində qara ləkədir. Fransa bu sırada ilk yerdə qərarlaşıb. Ölkə bu gün də hər vəchlə müstəmləkə im­eriyasını qorumağa, Maohi Nui (Fransız Polineziyası) Martinik, Mayot, həmçinin "sui generis" (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında və ümumilikdə 13 adanın yerli xalqları əsarətdə saxlamağa çalışır. Lakin səyləri nəticəsiz başa çatır. Getdikcə keçmiş müstəmləkə ərazilər müstəqillik uğrunda daha çox mübarizəyə qoşulur.

Maohi Nui (Fransız Polineziyası) Federal Respublikası konstitusiya layihəsini xalqa təqdim edib. Təşəbbüsü adanın Tavini Huiraatira siyasi partiyası Faa şəhərində təşkil etdiyi konqresdə reallaşdırıb. Müstəqillik tərəfdarlarının, müxaliflərin və partiya liderlərinin toplandığı qurultayda təxminən 500 nəfər iştirak edib. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə "Tavini Huiraatira" (müstəqillik tərəfdarları) partiyasıdır. Bu partiya ölkə parlamentində 38 yerə sahibdir. "Tapura Huiraatira" partiyası 16, bitərəflər isə 3 deputatla təmsil olunurlar.

Müstəqillik layihəsində nələr əks olunub? Əvvəla, beş arxipelaq federal ərazilərə bölünərək (muxtar), məsələn, öz qanunlarını qəbul edə və öz məhkəmələrinə sahib ola bilər. Tavini partiyasının üzvü Riçard Tuheiavanın sözlərinə görə, buvaxtadək nəticənin əldə olunmamasının əsas səbəblərindən biri indiyədək siyasi müstəvidə heç bir hüquqi arqumentin olmamasıdır.

Tuheiava əlavə edib ki, iş hələ tamamlanmayıb, xüsusən də dayanıqlı iqtisadi modelin yaradılması istiqamətində işlər davam edir.

Polineziya Assambleyasının sədri Antoni Geros bu layihənin əhəmiyyətini vurğulayıb və onun Vanuatu və Fidji kimi Sakit okean ölkələrindən ilhamlandığını bildirərək, Polineziyanın da öz təbii sərvətlərindən tam istifadə etməsini və bölgədəki suveren dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmasını arzuladığını qeyd edib.

Mahinui Temari kimi bəzi iştirakçılar Fransanın yerli sərvətlərin istismarına mane olduğunu bildirib. O, müstəqil olmaq üçün Fransadan icazə almaq lazım gəlmədiyini vurğulayıb.

Təqdim olunan konstitusiya layihəsi üzərində işlənib təkmilləşdirilə biləcək əsas sənəd kimi qəbul olunur. O, partiya üzvləri və arxipelaq komitələri ilə məsləhətləşmələr zamanı, təbii ki, dəyişdirilə bilər. Layihədə nəzərdə tutulan əsas məqamlar arasında taiti dilinin rəsmi dil kimi tanınması və maohi vətəndaşlığının doğumla, evliliklə və ya vətəndaşlıq qazanmaqla əldə olunması da var.

Polineziya Prezidenti Moetai Broterson bu sənədi ABŞ Konstitusiyası və Fransanın Beşinci Respublikasının Konstitusiyasına bənzədərək bir fikrin formalaşması üçün faydalı baza olduğunu vurğulayıb.

Bu qurultay Polineziya müstəqillik hərəkatının siyasi baxımdan strukturlaşmasına doğru ciddi bir addım hesab edilib. Partiyanın konstitusiya layihəsi təqdim etməsi onun yalnız ideoloji mövqedə qalmayıb, real idarəetmə modeli yaratmaq istədiyinə işarədir. Tavini ilk dəfə olaraq konstitusiya layihəsi təqdim etməklə müstəqillik ideyasını hüquqi baza ilə əsaslandırmağa çalışır, çünki hüquqi sənəd olmadan müstəqillik istəyi bu günədək beynəlxalq səviyyədə və xalq arasında ciddi qarşılanmadığı düşünülür.

İqtisadi modelin olmaması layihənin zəif nöqtəsidir. Polineziya bu gün Fransadan iqtisadi cəhətdən asılıdır. Müstəqillik iqtisadi planlanma və resursların səmərəli istifadəsi ilə müşayiət olunmalıdır. Məlumat üçün bildirək ki, müstəmləkəçiliyə məruz qalan və müstəqillik arzusunda olan ölkələrdən biri də Fransız Polineziyasıdır. Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət ərazi yerli dildə Maohi Nui adlandırılır.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında sıx əməkdaşlıq mövcuddur. Ötən ilin mayında BTQ-nin qərargahında BTQ və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə görüş keçirilib. Görüș zamanı tərəflər arasında əməkdaşlığın daha da inkișaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam etdirilməsi yolları ətraflı müzakirə olunub. 30 aprel 2024-ci il tarixində BMT-nin Vyana ofisində keçirilmiş "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" adlı konfrans çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq ifadə edib.

Bəs Polineziya nə vaxtdan Fransanın müstəmləkəsinə çevrilib? 1840-cı illərdə - Fransa-Taiti müharibəsinin başa çatması (1844-1847) əvvəlcə Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun tətbiqinin başlanğıcı ilə "əlamətdar" oldu. Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb.

Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində - 1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Belə ki, 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə, bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Belə ki, məhz nüvə sınaqları yerli əhali arasında xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub.

Fransızlar əsasən 120 kilotonluq bombalardan istifadə ediblər. Müqayisə üçün qeyd edək ki, Xirosima və Naqasakiyə atılan bombaların hər biri 15-23 kiloton olub. Bundan əlavə, nüvə sınaqları zamanı bir sıra uğursuzluqlar da baş verib ki, bu da ərazidə daha geniş çirklənməyə və ağır fəsadlara gətirib çıxarıb. Ümumilikdə, təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.

Bu gün yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. Yalnız 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb. Lakin Fransa dövlətinin müstəmləkəçilik xisləti özünü burada da göstərib. Belə ki, bədxassəli şişlərin müalicəsi üçün təqribən 10 min nəfərə 800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti əsasən fransızlar olub. Polineziyada yerli əhalinin cəmi 63 nümayəndəsi bu təzminat ala bilib. Bunun nəticəsidir ki, adalarda xərçəng xəstəliyindən ölənlərin sayı kifayət qədər çoxdur.

Görünən odur ki, konstitusiya layihəsi arxipelaqın müstəqillik uğrunda mübarizəsində qətiyyətlidir. Fransanın cavabı necə olacaq? Yeni Kaledoniyadakı kimi, sərt addımlar atacaq, yoxsa güzəştlərə gedəcək? Çox güman ki, Yeni Kaledoniyadakı kimi, deputatları ələ almağa çalışacaq. İstənilən halda Fransanı qarşıda çox çətin günlər gözləyir.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri