Icma.az
close
up
RU
Fridrix Merts Almaniya ordusunun 45 ci tank briqadasının Litvada yerləşdirməsi ilə əlaqədar bu ölkəyə səfər edib

Fridrix Merts Almaniya ordusunun 45 ci tank briqadasının Litvada yerləşdirməsi ilə əlaqədar bu ölkəyə səfər edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Vilnüs, 22 may, AZƏRTAC

Almaniya öz tarixində ilk dəfə olaraq ölkə xaricində - Litvada 5 min nəfərlik daimi hərbi kontingent yerləşdirir.

AZƏRTAC xəbər verir ki, Almaniyanın Kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistorius bununla əlaqədar Litvaya səfər ediblər.

“Litva” (Litauen) adı verilən 45-ci tank briqadası Vilnüsdə böyük coşqu ilə qarşılanıb. Alman hərbi texnikaları Vilnüsün mərkəzindəki Katedral meydanında nümayiş olunub, sakinlər əsgərlərlə fotolar çəkdiriblər.

Litva Prezidenti Gitanas Nauseda bu günü “tarixi gün” adlandırıb və alman əsgərlərinə təşəkkür edərək deyib: “Sizin burada olmağınız təkcə Litvanı deyil, bütün Avropanı daha təhlükəsiz və güclü edir”.

Almaniya Kansleri Fridrix Merts çıxışında bildirib ki, bu addım Almaniyanın NATO qarşısında öhdəliklərinə və Avropanın təhlükəsizliyinə ciddi əhəmiyyət verməsinin göstəricisidir. Kansler Almaniya və digər müttəfiqlərin NATO-nun Şərq cinahını gücləndirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. Almaniyanın NATO-nun təhlükəsizliyi və müdafiəsi naminə Silahlı Qüvvələrinə böyük investisiya qoyduğunu qeyd edən F.Merts bildirib ki, ölkə bununla müttəfiqlərinə də bir siqnal göndərmək istəyir. “Biz müttəfiqlərimizlə birlikdə ittifaq ərazisini istənilən təcavüzə qarşı müdafiə etməkdə qətiyyətliyik. Baltikyanı müttəfiqlərimizin təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir. Biz Baltikyanı tərəfdaşlarımızın yanında qətiyyətlə dayanırıq... Əziz litvalılar, siz bizə - Almaniyaya güvənə bilərsiniz”, - deyə Almaniyanın Kansleri bildirib.

Qeyd edək ki, hazırda Litvada 400 alman hərbçisi xidmət edir. Briqadanın şəxsi heyətinin 2027-ci ilədək 5 min nəfərə (4800 hərbi qulluqçu və 200 mülki əməkdaş) çatdırılması, eləcə də bütün texniki təchizatla təmin olunması nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri