Icma.az
close
up
RU
FT: Ukrayna və Qərb atəşkəsin pozulması halında fəaliyyət planını razılaşdırıb

FT: Ukrayna və Qərb atəşkəsin pozulması halında fəaliyyət planını razılaşdırıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Financial Times qəzetinin yazdığına görə, Ukrayna və Qərb ölkələri Moskva ilə Kiyev arasında mümkün sülh razılaşmasının dəstəklənməsinə dair plan imzalayıblar. Sənəddə Rusiyanın Ukraynada sülhü pozacağı təqdirdə “koordinasiyalı hərbi cavab” nəzərdə tutulur. Plan Avropa ölkələrinin və ABŞ-ın ordularının birbaşa iştirakını da istisna etmir. Bundan əlavə, NATO-nun baş katibi Mark Rütte bildirib ki, “istəklilər koalisiyası” münaqişə başa çatan kimi Ukrayna ərazisində qoşun yerləşdirəcək.

Ukrayna, ABŞ və Avropa dövlətlərinin hakimiyyət orqanları Moskva ilə Kiyev arasında potensial sülh razılaşmasının dəstəklənməsi üzrə planı razılaşdırıblar. Bu barədə The Financial Times (FT) qəzeti mənbələrə istinadən yazır. Nəşrin həmsöhbətlərinin iddiasına görə, Qərb Rusiyanın razılaşmanı “davamlı şəkildə pozması” halında “koordinasiyalı hərbi cavab” verməyə hazır olduğunu bildirib.

“Bu təklif dekabr və yanvar aylarında ukraynalı, avropalı və amerikalı rəsmi şəxslər tərəfindən dəfələrlə müzakirə olunub; o, razılaşdırılmış atəşkəsin istənilən pozuntusuna qarşı çoxsəviyyəli cavabı nəzərdə tutur”, - qəzet yazır.

Atəşkəsin hipotetik pozulmasından sonra ilk 24 saat ərzində Qərb ölkələri yalnız diplomatik xəbərdarlıqla kifayətlənəcək, real addımları isə yalnız Ukrayna Silahlı Qüvvələri atacaq. Əgər döyüşlər davam edərsə, planın ikinci mərhələsi işə düşəcək və bu mərhələdə “istəklilər koalisiyası” adlandırılan qüvvələr prosesə müdaxilə edəcək.

Gərginliyin daha da artması və genişmiqyaslı hücumun başlanması halında Qərb ölkələrinin orduları, o cümlədən ABŞ Silahlı Qüvvələri koordinasiyalı hərbi əməliyyatlara başlayacaq. Ehtimal olunur ki, bu, atəşkəsin ilk pozuntusundan təxminən 72 saat sonra baş verəcək. FT xatırladır ki, Böyük Britaniya və Fransa təhlükəsizlik zəmanətləri çərçivəsində döyüş əməliyyatları bitən kimi Ukraynaya öz qoşunlarını göndərməyə hazır olduqlarını artıq bəyan ediblər.

NATO-nun baş katibi Mark Rütte fevralın 3-də Ali Radada çıxışı zamanı alyans üzvlərinin Rusiya ilə sülh sazişi bağlandıqdan dərhal sonra Ukraynaya öz hərbi qulluqçularını göndərməyi planlaşdırdıqlarını təsdiqləyib. “Barışıq razılaşması imzalanan kimi, buna razı olan NATO ölkələri tərəfindən dərhal silahlı qüvvələr, havada təyyarələr və dənizdə dəstək təmin ediləcək”,- deyə alyansın baş katibi bildirib.

O əlavə edib ki, blokun digər üzvləri də kənarda qalmayacaq və “başqa yollarla kömək göstərəcəklər”. Bundan başqa, NATO Ukraynaya dəstək göstərməklə paralel olaraq “Rusiyaya təzyiq etməyə” davam edəcək.

Eyni zamanda, Rütte vurğulayıb ki, potensial sülh razılaşması “Budapeşt memorandumu və ya Minsk razılaşmasının təkrarı olmamalıdır”. O, bir gün əvvəl Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın səsləndirdiyi fikri də təkrarlayaraq bildirib ki, münaqişənin başa çatması üçün Kiyev “çətin qərarlar” qəbul etməli olacaq.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri