Ukrayna və Qərb ölkələri atəşkəsin pozulmasına hərbi cavab barədə razılığa gəliblər
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna, Avropa ölkələri və ABŞ Rusiyanın sülh sazişini pozmasına qarşı "çoxsəviyyəli cavab" planını razılaşdırıblar. Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən məlumat verib.
Qəzet yazır ki, tərəflər planı dekabr və yanvar aylarında bir neçə dəfə müzakirə ediblər. Bu plan Rusiyanın razılaşdırılmış atəşkəsi pozmasına 24 saat ərzində cavab tədbirləri görməyi nəzərdə tutur. FT-nin məlumatına görə, tədbirlərə həm diplomatik xəbərdarlıqlar, həm də Ukrayna ordusunun hərəkətləri daxildir.
Əgər döyüşlər dayanmasa, plan "istəklilər koalisiyası" ölkələrindən hərbi kontingentin cəlb edilməsini nəzərdə tutur. FT yazır ki, bu koalisiyaya Böyük Britaniya, Norveç, İslandiya və Türkiyə, eləcə də bir çox Aİ üzvləri daxildir. Əgər hücum davam edərsə, koordinasiyalı cavab atəşkəsin ilk pozulmasından 72 saat sonra başlanacaq. Buna ABŞ silahlı qüvvələri də qoşula bilər.
Yanvarın 23-24-də Əbu-Dabidə Rusiya və Ukrayna arasında gələcək sülh sazişinin şərtləri ilə bağlı ilk üçtərəfli danışıqlar keçirilib. Ərazi məsələləri, bufer zonaları və müxtəlif nəzarət mexanizmləri də müzakirə olunub. ABŞ bu görüşü tarixi adlandırıb. Aİ təhlükəsizlik zəmanətləri müqabilində Ukraynanın ərazi güzəştlərinə getməsinə icazə verir. Danışıqların ikinci raundu fevralın 4-5-də keçiriləcək.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 03 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















