“Ukrayna hakimiyyəti məmurları yalan detektorunda yoxlayır” FT
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə Amerika şirkətlərinin Ukraynanın bütün faydalı qazıntılarının hasilatına prioritet giriş əldə etdiyi ABŞ ilə saziş layihəsinin sızmasını araşdırmağı tapşırıb”.
Yeniavaz.com xəbər verir ki, “Financial Times”ın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, araşdırma çərçivəsində müxtəlif departamentlərin məmurları, o cümlədən yalan detektorundan istifadə etməklə yoxlanılır.
Nəşrin mənbələri sınaq üçün neçə nəfərin göndərildiyini dəqiqləşdirməyib.
Ukrayna prezidentinin ofisi bu məlumatı FT-yə şərh etməkdən imtina edib. UTX Ukraynanın təhlükəsizliyini qorumaq üçün qanun çərçivəsində hərəkət etdiyini və onun fəaliyyətinin müəyyən təfərrüatlarını gizli saxladığını bildirib.
Qeyd edək ki, Ukrayna və ABŞ arasında yeraltı sərvətlərə dair yeni saziş layihəsinin təfərrüatlarını martın sonunda Ali Radanın deputatı Yaroslav Jeleznyak açıqlayıb. O, xüsusilə qeyd edib ki, sənəddə ABŞ-nin təhlükəsizlik zəmanəti ilə bağlı heç bir eyham yoxdur. Jeleznyak müqavilə layihəsinin surətini haradan aldığını izah etməyib.
Ukrayna hakimiyyəti bunun saziş layihələrindən yalnız biri olduğunu bəyan edərək, müqavilənin müzakirələrinin davam etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
17 İyul 2026 01:21
FT: “Ukrayna üzrə çoxpilləli plan hazırlanıb”
03 Fevral 2026 12:24
Trampın Ukrayna planı Respublikaçılar Partiyasını parçalayıb FT
24 Noyabr 2025 14:46
Vaşinqton Ukrayna müharibəsində mövqeləri yoxlayır ŞƏRH
07 Sentyabr 2026 22:20
ABŞ və Ukrayna Rusiyaya bunu təklif edəcək FT
23 Yanvar 2026 07:02
Baxış sayı:133
Bu xəbər 05 Aprel 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















