FTB nin sabiq direktoru prezidentə sui qəsd çağırışı edib? 86 47 rəqəmi və bir cümlə ölkəni qarışdırdı
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini haqqında şok iddia irəli sürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ceyms Komini prezident ölkə başçısı Donald Trampın öldürülməsinə çağırışda ittiham edib.
ABŞ mətbuatı yazır ki, nazirin belə iddia irəli sürməsinə səbəb FTB-nin sabiq direktorunun sosial media hesabında çimərlikdə qumun üzərində balıqqulağı qabığı ilə "86 47" rəqəmlərinin fotosunu paylaşaraq, "Sahildə gəzintidə rastlaşdığım maraqlı balıqqulağı qabığı aranjimanı" yazması olub: "Doğrudur, o, sosial media hesabındakı bu paylaşımı qısa zaman sonra silib. Lakin ona qədər bu paylaşım mediada tirajlanıb, siyasilərin diqqətini cəlb edib".
Məlumatda deyilir ki, Kristi Noem də bu paylaşımı nəzərdə tutaraq, FTB-nin sabiq şefini sui-qəsd hazırlığında ittiham edir: "Artıq Daxili Təhlükəsizlik Departamenti və Gizli Xidmət bu təhlükəni araşdırır. Gərəkli cavab olacaq".
Xatırladaq ki, hərbi terminologiyada 86 kimisə aradan götürmək və ya bir şeyin vəzifəsinə son vermək mənası daşıyır, 47 rəqəminin isə ABŞ-ın 47-ci prezidenti olan Trampa aid olduğu düşünülür.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 May 2025 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















