Icma.az
close
up
RU
FTB Yeni Orleanda 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan hadisəni terror aktı kimi araşdırır YENİLƏNİB2 AZƏRTAC

FTB Yeni Orleanda 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan hadisəni terror aktı kimi araşdırır YENİLƏNİB2 AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton,1 yanvar, AZƏRTAC

ABŞ-ın Yeni Orlean şəhərində yük maşınını Yeni ilin gəlişini qeyd edən insanlara doğru sürən şəxs zərərsizləşdirilib.

AZƏRTAC-ın məlumatına görə, bunu Federal Təhqiqatlar Bürosu (FTB) açıqlayıb. FTB hadisəni “terror aktı” kimi araşdırır.

Mənbə “Fox News”a bildirib ki, şübhəlinin istifadə etdiyi yük maşını noyabr ayında Texas ştatının “Eagle Pass” məntəqəsi vasitəsilə sərhədi keçib.

Qeyd edək ki, avtomobilin insan izdihamının üzərinə sürülməsi nəticəsində azı 10 nəfər ölüb, yaralıların sayı 35-ə çatıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

17:19

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Yeni Orleanda (Luiziana) hadisə yerində şübhəli partlayıcı qurğular aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə FTB nümayəndəsi “Fox News”un yayımladığı yerli hakimiyyət orqanlarının mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istehkamçılar hazırda ərazidə aşkarlanmış əldəqayırma partlayıcı qurğulara bənzəyən əşyalar üzərində yoxlama aparırlar.

Nümayəndə vurğulayıb ki, FTB hadisəni hələ terror hücumu kimi təsnif etməyib.

Yerli hüquq-mühafizə orqanının rəhbəri Enn Kirkpatrik isə bildirib ki, avtomobili insanların üzərinə sürən şəxslə atışma zamanı iki polis əməkdaşı güllə yarası alıb. Onun sözlərinə görə, silahlı şəxs avtomobildən polisə atəş açıb.

16:13

ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin insan izdihamının üzərinə sürülməsi nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

İlkin məlumata görə, sürücü avtomobili qəsdən insanların üzərinə sürüb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Yanvar 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see255

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see233

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see168

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see148

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see125

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri