FTX azərbaycanlı cinayətkar dəstəni tutdu
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Tver vilayətinin Kimri şəhərində Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin əməkdaşları müxtəlif cinayətlərdə iştirak edən azərbaycanlı mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısını alıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, dəstədə azərbaycanlı Azər Əliyev və Nail Qabibov, həmçinin onun həyat yoldaşı Yuliya Qabibova iştirak ediblər.
Məlumata əsasən, onlar Moskva sakininin 5 milyon rubldan çox (təxminən 81 min 590 manat) dəyəri olan əmlakını qanunsuz olaraq ələ keçirməyi və 10 milyon rubldan çox (təxminən 163 min 180 manat) pul oğurlamağı planlaşdırıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 159-cu maddəsilə cinayət işi açılıb.
Cinayət işində iştirak edən bütün şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı azərbaycanlı qrupun Rusiya Federasiyası ərazisində digər cinayətlərin törədilməsində iştirakının olub-olmaması yoxlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















