FTX: Ukrayna kəşfiyyatının Rusiya qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısı alınıb
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının "Kinjal" hipersəs raketi ilə silahlanmış Rusiya MiQ-31 qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısını alıb.
Bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qırıcı təyyarənin NATO-nun ən böyük aviabazasına qarşı təxribatda istifadə edilməsi planlaşdırılıb.
Qeyd olunub ki, əməliyyat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən britaniyalı kuratorlarının dəstəyi ilə təşkil edilib. Ukrayna agentləri rusiyalı pilotlarını "verbovka" etməyə cəhd edib və onlara təyyarəni qaçırmaq üçün 3 milyon dollar təklif ediblər.
Daha sonra "Kinjal" raketi ilə silahlanmış təyyarənin NATO-nun cənub-şərqi Avropadakı ən böyük aviabazasının yerləşdiyi Rumıniyanın Konstansa şəhərində yerləşən və hava hücumundan müdafiə sistemləri tərəfindən vurula biləcəyi yerə yönəltməyi planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















