Icma.az
close
up
RU
Fuad Abbasov: “Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər buna imkan vermək olmaz!” SÖHBƏT

Fuad Abbasov: “Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər buna imkan vermək olmaz!” SÖHBƏT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiya Azərbaycana qarşı informasiya müharibəsinə başladı” 



“Azərbaycanın siyasi-ictimai fəaliyyətlərində Rusiyanın mövqeyindən çıxış edənlər həbs olunmalıdır. Rus şəbəkəsinə qarşı ciddi tədbirlər görülməlidir. Burada vətəndaşlıq heç bir rol oynamamalıdır”



Xəbər verildiyi kimi, Rusiyanın TASS dövlət agentliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik edərək, Xankəndi şəhərini “Stepanakert” kimi təqdim edib. Azərbaycan XİN tutarlı cavab verərək xəbərdarlıq edib ki, bu fakt aradan qaldırılmasa və üzrxahlıq edilməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək. Yəni, agentliyin ölkəmizdəki akreditasiyası və fəaliyyəti ləğv ediləcək. Bunu nəzərə almağa məcbur olan TASS agentliyi "Stepanakert" sözünü "Dağlıq Qarabağ", daha sonra isə "Qarabağ" ifadəsi ilə əvəzləyib. Bu, bir daha göstərir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hələ də həzm edə bilmir. Ümumən, son aylarda Rusiya və Azərbaycan arasında gərginlik kifayət qədər yüksəkdir. Əfsuslar ki, Moskva ölkələr arasındakı münasibətləri normallaşdırmaq üçün səy göstərmir. Göründüyü kimi əksinə, əlaqələri korlamaq üçün əlindən gələnir əsirgəmir.


 Mövcud durumu və Moskvanın anti-Azərbaycan mövqeyi ilə bağlı Sherg.az-ın suallarını siyasi şərhçi, jurnalist Fuad Abbasov cavablandırıb..


 - Fuad bəy, Xankəndidə "rus sülhməramlıları" tərəfindən qanunsuz qoyulmuş rus rəssamın heykəlinin sökülməsinin Rusiya tərəfindən etirazla qarşılanmasını necə dəyərləndirirsiniz? Azərbaycanın öz torpağında qanunsuz icraatları, separatçı izlərini silmək haqqı, hüququ yoxdurmu? 

 - Rusiya ilk növbədə rus rəssamı hesab etdiyi Ayvazovskinin, ikincisi isə "rus sülhməramlıları" tərəfindən Azərbaycan torpaqlarında qanunsuz qoyulmuş heykəlin sökülməsinə etiraz edirlər. Elə bunun özü Rusiyanın imperial, şovinist siyasətinin təzahürüdür. Azərbaycan Respublikası ərazisində qoyulmuş hansısa heykəlin Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənməsi lazımdır. Ayvazovskinin, yaxud Ayvazyanın heykəlinin qoyulması heç bir qurumu tərəfindən təsdiqlənməyib. Yəni rus sülhməramlıları özbaşlarına büst qoyublar. Bu büstün bizim üçün separatçıların qoyduğu Qaragin Njde, yaxud Monte Melkonyanın heykəlləri ilə heç bir fərqi yoxdur, bərabər tutulur. Çünki hamısı qanunsuzdur. Sadəcə olaraq Rusiya Azərbaycanla siyasi-diplomatik qarşıdurmaya təkan vermək niyyəti ilə bu cür davranır. Qeyd edim ki, rus sülməramlılarının Qarabağda yerləşməsi ümumiyyətlə parlament tərəfindən təsdiqlənməmişdi. O baxımdan Bakının bu hərəkəti normal, Rusiyanın etirazı isə anormaldır, şovinist siyasətin təzahürüdür. 


 - Mixail Qusmandan sonra Rusiyanın "TASS" Agentliyinin Xankəndini "Stepanakert" yazmasını, Moskvanın yenidən "Dağlıq Qarabağ" terminlərindən istifadəyə başlamasını necə şərh edərdiniz? 

 - Stepan Şaumyan Azərbaycan xalqının cəlladı olub. 1920-ci ildə Lenin tərəfindən təyin edilmiş, Baku komunnasının rəhbəri olmuş və öz əlaltısı S.Lalayan vasitəsi ilə onminlərlə azərbaycanlını qanına qəltan etmiş bir quldurun adıdır. Tarixi Xankəndinin bu quldurun adı ilə əvəzlənməsi Rusiyanın deqredasiyasının bir nümunəsidir. Sanki, ruslar Azərbaycanı növbəti dəfə qıcıqlandırmaq, təhrik etmək, xalqımızı təhqir etmək məqsədi ilə bunu edir. Bakının sərt etirazı doğru və yerindədir. Xankəndi var, olub və olacaq. Rusiyadan başqa heç bir ölkə "Stepanakert" adından istifadə etmir. Bu da çox ucuz cəhdlərdir. 


 - Rusiya Azərbaycanla qarşıdurmanı hansı həddə qədər yüksəldə bilər?

 - Təbii ki, qarşıdurmanın ən pik həddi hərbi toqquşmadır. 1920-ci ilin aprelin 28-də rus ordusu Azərbaycanı işğal edib. Bunun təkrarlanma riski hər zaman var. Amma hər kəs yaxşı başa düşür ki, Ukrayna ilə müharibənin getdiyi bir dövrə Rusiya belə bir risk etməz. Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, diplomatik qarşıdurma gözləniləndir. İndiki dövrdə ən yüksək hədd iqtisadi təzyiqlərdir. Ancaq onun da ciddi əhəmiyyətinin olacağını düşünmürəm. Hətta Rusiya üçün itkilər daha çox olacaq. Moskvada bunu yaxşı başa düşürlər. Heykəllə bağlı etirazları da göstərir ki, uzun müddət bu cür addımlarla kifayətlənəcəklər.


 - Son günlər sosial hesabınızdan video-materiallar yayırsız, çağırış edirsiz. Ümumən, həm Rusiyada, həm də ölkəmizdə Kremlin düşmənçilik siyasətinə qarşı ictimai müqavimət sizi qane edirmi? 

 - Əlbəttə ki, qane etmir. Fikrimcə, ilk növbədə Rusiyada yaşayan azərbaycanlılar öz tarixi vətənlərinə sahib çıxmalıdır. Oradakı diasporumuz mütəşəkkil şəkildə birləşərək Azərbaycanın haqqını müdafiə etməlidirlər. Rusiya mətbuatı çıxmalı, aktiv olmalı, siyasi hakimiyyətə təsir göstərməlidirlər. Ermənilər Fransada, Marseldə, yaxud Los-Ancelosda, Kaliforniyada birləşərək fəaliyyət göstərirlər. Rusiyada yaşayan azərbaycanlıların sayı ermənilərdən daha çox olsa da, səsimiz yetərli çıxmır. Tək əldən səs çıxmaz. Jurnalist Fuad Abbasov texnologiyanın imkanlarından, süni intellektdən istifadə etməklə müxtəlif dillərdə - erməni dilində, ərəb dilində, fransız dilində təbliğatını davam etdirir. Rusiyada, ümumiyyətlə dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımız bu imkanlardan yararlanmaqla aktiv fəaliyyətlərini sərgiləyə bilərlər. Əfsuslar ki, görülən işlər, xüsusən Rusiyada aktivlik yoxdur. Bu da Rusiya Federal Təhlükəsizlik xidmətinin yaydığı qorxu ilə əlaqədardır. Oradakılar malını, mülkünü itirməkdən qorxurlar. Dünya malı gəldi-gedərdi, amma Vətəninə, millətinə sahib çıxmaq daha vacib və qalıcıdır. İnşallah, bu düşüncə onları da Azərbaycanın maraqlarına xidmət göstərməyə vadar edər. 


 - Rusiyada azərbaycanlı miqrantlara, diaspor nümayəndələrimizə qarşı təqiblər, həbslər davam edir. Bu siyasət hansı nəticələri doğura bilər?  

 - Baş verənlər 2008-ci ilin avqustunda, Dmitri Medvedyev prezident olduğu dönəmdə gürcülərə qarşı aparılmış fəaliyyətləri xatırladır. O zaman gürcülərə qarşı humanitar müharibə başladılmışdı. Hətta gürcü əsilli Rusiya vətəndaşlarına qarşı belə amansız davranırdılar. Uşaqlar baxçalardan, şagirdlər məktəblərdən qovulurdu. Ailələrə qarşı təzyiqlər edilirdi, ölkəni tərk etməli olurdular və s. Bunun nəticəsində gürcülər Mixail Saakaşvili hökumətinə qarşı çıxırdılar. İndi də Rusiyanın məqsədi azərbaycanlılara təzyiq göstərməklə onları Azərbaycan hakimiyyətə qarşı çıxmağa məcbur etməkdir. Ermənistana qarşı atılan addımlar da bənzər proseslər çərçivəsindədir. Yəni məqsəd eynidir. Amma görünür, erməni toplumu gürcülərin başına gətirilənlərdən dərs çıxardıqları üçün yenidən ruspərəst siyasətçilərin ölkə rəhbərliyinə gəlməsini istəmirlər. Azərbaycan da öz tədbirlərini ən yüksək alıb. 


 - Azərbaycanın Rusiyanın təzyiqlərinə qarşı dirənişini, öz haqlı mövqeyindən geri durmamasını necə şərh edərdiniz? Bakı Moskvanın tələbi ilə "Sputnik"də çalışan, agentlikdə ittiham olunanları buraxmalıdırmı? 

 - "Sputnik"də çalışan rusların Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri olduğu təsdiqlənərsə, Azərbaycana qarşı qeyri-qanuni əməlləri aşkarlanarsa, əlbəttə ki, onlar cəzalandırılmalıdır. İndiki halda Azərbaycan öz haqlı mövqeyindən geri addım atmamalıdır. Bu, yanlış anlaşıla bilər. Saxlanılanlara qarşı ittihamlar çox ciddidir. Onlara güzəşt mümkünsüzdür. Günahkarlar cəzalandırılmalıdır. Hətta düşünürəm ki, Azərbaycanın siyasi-ictimai fəaliyyətlərində Rusiyanın mövqeyindən çıxış edənlər həbs olunmalıdır. Rus şəbəkəsinə qarşı ciddi tədbirlər görülməlidir. Burada vətəndaşlıq heç bir rol oynamamalıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see306

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see178

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see157

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see127

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see119

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri