Icma.az
close
up
RU
Fuad Abbasov: Azərbaycandakı beşinci kalon nümayəndələri neytrallaşdırılmalıdır SÖHBƏT

Fuad Abbasov: Azərbaycandakı beşinci kalon nümayəndələri neytrallaşdırılmalıdır SÖHBƏT

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycan ictimaiyyəti bu məsələdə dövlətin mövqeyini dəstəkləyir


Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə dair ciddi və real təminatlar verilməlidir


Bunu, Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin güclənməsinə qarşı Rusiyanın cavabı kimi qiymətləndirmək olar


İyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edilərək 2 azərbaycanlının öldürülməsi Azərbaycan-Rusiya münasibətlərində böhrana səbəb olub. Hadisələrin gedişatında Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. Hadisələrin gedişatında Azərbaycan Rusiyanın bu addımlarına adekvat cavab verib, Bakıda bir sıra FTB əməkdaşı və Sputnik Azərbaycanın işçiləri həbs edilib. Hadisələrin fonunda Bakı və Moskva bir-birlərinə kəskin notalar verib. Hazırda Bakı-Moskva son gərginlik müşahidə olunur. 


 Tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov "Sherg.az"a bildirib ki, Rusiya Azərbaycanla münasibətlərində bərabər səviyyəli diplomatiya yürütmür:

- Fuad bəy, Rusiyanın Bakı-Moskva münasibətlərində eskalasiyaya səbəb olacaq addımlar atmasının səbəbi nədir?

- Bilirsiniz, Kremlin bizə qarşı bu cür addımlar atması nə birinci, nə də sonuncudur. Azərbaycana qarşı açıq şəkildə təxribat xarakterli addımlar ötən ilin dekabrında Azərbaycan təyyarəsinin vurulması ilə başladı. Azərbaycan həmin hadisə ilə bağlı Rusiyaya bir sıra tələblər irəli sürsə də, üzərindən yarım il keçməsinə baxmayaraq bu tələblər yerinə yetirilməyib. Ümumiyyətlə, Rusiyanın nə rəsmi şəkildə üzr istəməsi, nə təzminat ödəməsi, nə də cinayətkarların cəzalandırılması baş verib. Əvəzində isə Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb. Bu isə Rusiyanın Azərbaycana qarşı yönəltdiyi siyasi mövqeyin təzahürüdür. Bunu, eyni zamanda, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan tandeminin güclənməsinə qarşı Rusiyanın cavabı kimi qiymətləndirmək olar. Nəticə etibarilə, Rusiyada yaşayan azərbaycanlılardan təzyiq aləti kimi istifadə edərək Azərbaycanı yönləndirməyə çalışırlar. Hazırda Bakı bu addımlara cavab verir, müəyyən misilləmə tədbirləri həyata keçirir. Ancaq düşünmürəm ki, bu hadisələr yaxşı sonluqla nəticələnəcək. Hazırda Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır. Onların bir anda Azərbaycana qayıtması ehtimalı isə, onsuz da çətin vəziyyətdə olan ölkə iqtisadiyyatı üçün ciddi təhdid yarada bilər. Bu, nə onlara, nə də bizə fayda verməz.


- Sizcə rəsmi Bakı hadisələrə lazımi reaksiyanı verir?

- Əlbəttə, Azərbaycan dəfələrlə bu cür məsələlərdə Rusiyaya xəbərdarlıq edib. İki suveren dövlət arasında danışıqlar yolu ilə problemi həll etmək üçün bütün imkanlardan istifadə olunub. Ancaq Rusiya tərəfi bunu anlamadıqda, həm FTB-nin əməkdaşları, həm də "Sputnik Azərbaycan"ın rus əməkdaşları saxlanıldı. Bu addımlar cavab tədbiri xarakteri daşıyır. Məncə, bu hələ son deyil. Çünki Azərbaycan ictimaiyyəti bu məsələdə dövlətin mövqeyini dəstəkləyir.


- Azərbaycan hazırkı situasiyada daha nələr etməlidir?

- Hesab edirəm ki, bu məsələdə Azərbaycan beynəlxalq təşkilatların və xarici dövlətlərin dəstəyini almalıdır. Bunun üçün diaspor təşkilatları daha aktiv fəaliyyət göstərməli və inkişaf etdirilməlidir. Xüsusilə Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporları fəaliyyətlərini gücləndirməli, ən əsası isə bu fəaliyyət mərkəzləşdirilmiş şəkildə — yəni Bakıdan idarə olunmalıdır. Hazırda diaspor təşkilatlarımızda ciddi hərc-mərclik müşahidə olunur. Amma əsas məsələ beynəlxalq dəstəyin əldə edilməsidir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatını Rusiyadan ayırmalıdır. Rusiyaya olan iqtisadi asılılığımız minimum səviyyəyə endirilməlidir. Həmçinin Rusiyanın Azərbaycanda fəaliyyət göstərən "beşinci kalon" nümayəndələri müəyyənləşdirilib neytrallaşdırılmalıdır.


- Gərginliyin həlli üçün qarşı tərəf hansı addımları atmalıdır?

- İlk növbədə cinayətkarlar cəzalandırılmalı, Azərbaycan dövlətindən və xalqından rəsmi üzr istənilməlidir. Ardınca isə, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə dair ciddi və real təminatlar verilməlidir. Bütün bu şərtlər yerinə yetirildikdən sonra diplomatik əlaqələrin bərpası barədə düşünmək olar. Amma keçən ilki hadisələr göstərdi ki, Rusiya bu cür məsələlərdə bərabərhüquqlu diplomatiya yanaşması sərgiləmir.


- Hadisələr nə ilə nəticələnə bilər?

- Azərbaycanlılara qarşı təzyiqlərin artacağı gözləniləndir. Azərbaycan biznesi də bu gərginlikdən zərər görə bilər (həm kiçik və orta, həm də iri biznes subyektləri). Mən 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi zamanı şahidi olmuşam ki, hətta Gürcüstan əsilli uşaq bağçası şagirdlərinə, məktəblilərə, tələbələrə belə təzyiqlər göstərilirdi. Bu yolla Gürcüstan ictimaiyyətinə təsir göstərirdilər. Eyni ssenari bizə qarşı da tətbiq oluna bilər. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın Cənubi Qafqazda yeganə strateji tərəfdaşı Azərbaycan olduğu üçün, bu ölkəni itirməmək naminə bəlkə də müəyyən sərt addımlardan çəkinə bilər. Azərbaycan ictimaiyyəti bu məsələdə bütün ehtimallarda dövlətin yanındadır, suverenliyin və dövlətçiliyin keşiyindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri