Icma.az
close
up
RU

Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada bugünkü siyasi böhran Prezident Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir.

Gununsesi.info xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Makronun bu cür siyasəti Fransa vətəndaşları arasında getdikcə daha çox narazılıq yaradıb və bu, yayda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrində də özünü göstərib.

“Məhz belə gedişata görə Makron Fransa parlamentini yenidən formatlaşdırmaq qərarına gəldi və növbədənkənar seçkilər təyin etdi. Amma o, inandıra bilmədi. Faktiki olaraq parlamentdə üç əsas siyasi qüvvə – ultrasağçılar, ultrasolçular və Makronun özünün partiyası yer aldı, ancaq hökuməti parlament azlığı formalaşdırdı”, – Hüseynəliyev bildirib.

Agentliyin direktoru xatırladıb ki, dekabrın 4-də Fransa parlamenti son 62 ildə ilk dəfə hökumətə etimadsızlıq votumu verib. “Hətta ultrasağ və ultrasol partiyalar da bu məqsədlə birləşdilər. Fransa tarixində heç vaxt baş verməyən hadisə yaşandı. Makron iki tamamilə fərqli qüvvəni ortaq məxrəcə gətirməyi bacardı”, – o vurğulayıb.

F.Hüseynəliyev onu da qeyd edib ki, Makron indi hakimiyyətdən bərk-bərk yapışıb, ona qarşı yönələn heç bir tənqidi qəbul etmir, yalnız məhdud sayda olan yaxın çevrəsi ilə məsləhətləşir və bütün bunları yerli mətbuatda dərc olunan məqalələr sübut edir.

Onun sözlərinə görə, hazırkı şərait onu göstərir ki, Makron, çox güman, səlahiyyət müddətinin sonuna qədər postunda qala bilməyəcək.

“Fransa hökumətinin istefası ilk siqnaldır, yeni hökumətə kimin rəhbərlik edəcəyi hələ məlum deyil. Yeni hökumətin nə qədər davamlı olacağı da ciddi sual doğurur. Son hökumət Beşinci Respublikanın tarixində ən qısaömürlü hökumət oldu. O, hakimiyyətdə cəmi üç ay davam gətirə bildi.

Bütün bunların fonunda Makronun reytinqi sürətlə azalmağa davam edir. Son rəy sorğularına görə, fransızların 56 faizi Makronun istefasını dəstəkləyir. Belə şəraitdə daha iki il dözmək isə çox çətin olacaq”, – F.Hüseynəliyev vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2024 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri