Icma.az
close
up
RU
Fuad İbrahimov: “Mən hər zaman yeniliklərə açığam və gələcəkdə bu layihəni daha da maraqlı etmək niyyətindəyəm”

Fuad İbrahimov: “Mən hər zaman yeniliklərə açığam və gələcəkdə bu layihəni daha da maraqlı etmək niyyətindəyəm”

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Fərqli bir axşam" layihəsinin yaranma ideyası necə formalaşdı və bu layihə Azərbaycan ifaçılıq sənəti üçün nə dərəcə əhəmiyyət kəsb edir?

"Fərqli bir axşam" layihəsinin yaranma səbəbi mənim Avropada təhsil aldığım ərəfədə görüb-götürdüyüm dəyərli nümunələrdən biridir. Orada bütün orkestrlər mövsüm ərzində proqrama mütləq bir neçə fərqli kamera tərkibində konsertlər daxil edirlər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunduqdan sonra bu ideyanı konsert mövsümünün planına saldıq. Bu silsilə konsertlər neçənci ildən keçirilir və layihənin əsas konseptual xətti nədən ibarətdir? İlk konsertimiz 2024-cü ildə baş tutub və hazırda artıq üçüncü dəfədir ki, dinləyicilərə təqdim edirik. Bu layihənin konseptual dəyəri ondan ibarətdir ki, böyük simfonik orkestrin musiqiçiləri kamera formatında - trio, kvintet, oktet və ya müxtəlif alətlərin fərqli ansambl birləşmələri tərkibində çıxış etmək imkanı əldə edirlər. Eyni zamanda dinləyicilər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərini fərdi sənətkarlar kimi - adi orkestr kontekstindən kənarda özlərini necə təqdim etdiklərini görmək və dinləmək imkanı qazanırlar. Layihənin adında yer alan "fərqli" anlayışı konsert proqramında konkret hansı məzmunla ifadə olunur? Layihənin adı olduqca məntiqli və sadədir. Çünki dinləyicilər simfonik orkestrin konsertinə gələrkən böyük tərkibdə ifanı və monumental simfonik musiqini gözləyirlər, lakin bu konsertlərdə onlar tamamilə fərqli bir mənzərə görür və eşidirlər. Məhz bu səbəbdən layihə "Fərqli bir axşam" adlandırılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərinin ansambl kimi çıxış etməsi onlar üçün hansı yaradıcı imkanları açır? Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçiləri kamera musiqisinə müraciət edərək, onlar bir-birini yaradıcılıq baxımından daha dərindən tanıyır, tərəfdaşını son dərəcə diqqətlə dinləməyi və hiss etməyi inkişaf etdirirlər ki, bu da ümumilikdə orkestr mədəniyyətinin və ifa intizamının ayrılmaz tərkib hissəsidir. Bu cür format ifaçılarda şəxsi məsuliyyət hissini qaçılmaz olaraq artırır, interpretasiyaya müstəqil yanaşmanı, fikir, ideya və bədii baxışların canlı mübadiləsini stimullaşdırır. Layihə çərçivəsində proqrama ilk ifalar daxil edirsiz? Bu formatda mən ilk növbədə musiqiçilərin öz ideyalarını dəstəkləməyə çalışıram. Əsas odur ki, bu ideyalar onları ruhlandırsın. Eyni zamanda mən hər zaman yeniliklərə açığam və gələcəkdə bu layihəni  daha da maraqlı etmək niyyətindəyəm: nadir ifa olunan əsərlərə və qeyri-adi, az rast gəlinən ansambl tərkiblərinə müraciət etməklə. Məsələn, beş truba üçün virtuoz bir əsər və ya dörd faqotun birgə ifası və s. Bu sahədə olduqca maraqlı və diqqətəlayiq əsərlər mövcuddur. Bu konsertlər silsiləsi gənc dinləyicilərin zövqünün və akademik musiqiyə marağının formalaşmasında hansı rol oynayır?   Ümumilikdə, konsertlərimizə çoxlu sayda gənc dinləyicinin gəlməsi son dərəcə sevindirici bir haldır. Uzun illər Avropada yaşamış və fəaliyyət göstərmiş bir musiqiçi kimi bunu əminliklə deyə bilərəm ki, bu mənzərə hər yerdə müşahidə olunmur. Məhz buna görə də bizdə gənc auditoriyanın sayının çox olması xüsusi dəyər kəsb edir.

Düşünürəm ki, bu proses qarşılıqlı xarakter daşıyır. Yəni, musiqiçilər tərəfindən müəyyən bir maraq yaradılır və gənc dinləyicilərin konsertlərə gəlməsi isə öz növbəsində məni həvəsləndirir ki, proqramları daha da cəlbedici və müxtəlif edim. Bu layihədə də qeyd etdiyim kimi, musiqiçilərin fərdi şəkildə səslənməsi və özlərini ifadə etməsi gənc dinləyicilərdə ayrı-ayrı musiqi alətlərinə maraq və həvəs oyada bilər, onları möcüzəli musiqi dünyasına daha da yaxınlaşdıra bilər.

Layihənin gələcək mövsümləri üçün hansı yeni ideyalar nəzərdə tutulur?  ⁠Ən əsas ideyalardan və arzularımdan biri belə proqram tərtib etməkdir ki, konsert zalında canlı, güclü enerji yaransın - həm musiqiçilərdən dinləyicilərə, həm də dinləyicilərdən musiqiçilərə ötürülən qarşılıqlı enerji. Əminəm ki, biz bu istiqamətdə uğurla irəliləyirik və layihə hər mövsüm daha da zənginləşəcək.. Təşəkkür edirik Fuad müəllim.

Beləliklə, "Fərqli bir axşam" layihəsi təkcə qeyri-standart proqram təqdim edən konsertlər silsiləsi deyil, eyni zamanda Azərbaycan simfonik ifaçılıq mühitində kamera musiqisi mədəniyyətinin inkişafına yönəlmiş strateji bir platformadır. Bu layihə vasitəsilə orkestr musiqiçiləri öz fərdi bədii potensiallarını nümayiş etdirmək, dinləyicilər isə musiqini daha yaxın, daha səmimi və daha canlı formatda dərk etmək imkanı qazanırlar.

Fuad İbrahimovun təşəbbüsü ilə formalaşan bu konsepsiya göstərir ki, müasir dinləyici yalnız ənənəvi repertuarla deyil, yaradıcı axtarışlar və yeni ifadə formaları ilə də maraqlanır. "Fərqli bir axşam" məhz bu baxımdan Azərbaycan musiqi həyatında canlı dialoq yaradan, ifaçı ilə auditoriya arasında yeni estetik körpülər quran və akademik musiqinin gələcək inkişaf perspektivlərini formalaşdıran önəmli mədəni hadisə kimi dəyərləndirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Fevral 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri